Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
22 Fev 19
YARAT Müasir İncəsənət Məkanı Milanda yerləşən IED- Istituto Europeodi Design məktəbinin regional meneceri Olqa Melkova “Yaradıcı ixtisaslar və onların IED-Istituto Europeodi Design məktəbində öyrənilməsinin xüsusiyyətləri” mövzusunda mühazirədə iştirak etməyə dəvət edir.
“IED-Istituto Europeodi Design” məktəbində tətbiq edilən kompleks yanaşma və metodlardan istifadə etməklə, tədbirin qonağı tələbələrə ən vacib suala cavab tapmağa köməklik göstərəcək.
Mən kifayət qədər kreativ/yaradıcı insanam?
Həmçinin, Olqa Melkova artıq hazır layihəyə malik olan, ya da gələcəkdə layihə yaratmaq istəyənlər üçün uğurlu portfolionun yaradılmasına dair tövsiyələrlə bölüşəcək.
İncəsənət və dizayn arasında fərq nədir? Belə fərq mövcuddurmu? Obyekt vasitəsilə əlaqə nə deməkdir? Forma və rənglər arxasında gizlənən simvolları oxuya bilərikmi?
“ItalianExcellency” proqramı sizi portfolio dizaynının optimal variantları ilə tanış edəcək, əhval-ruhiyyə və kollajlar lövhəsinin necə yaradılmasını nümayiş etdirəcək; Siz onları gələcəkdə həm tədris prosesində, həm də təqaüd müsabiqələrində iştirak və işə düzələn zaman istifadə edə bilərsiniz.
Mühazirə ingilis dilində keçiriləcək (Azərbaycan dilinə sinxron tərcümə ilə).
Tədbirdə iştirak etmək üçün, aşağıda linkə daxil olub qeydiyyatdan keçin:https://www.ied.edu/uncategorized/blog/ied-in-baku-2/39913
Tarix: 22 fevral, 2019
Saat: 19:00
Məkan: YARAT Mərkəzi
Giriş sərbəstdir