Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
28 Mar 17
YARAT Müasir İncəsənət Məkanı böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir.
28 mart 2017-ci il tarixində rejissor Nihad İsanın “Rast” adlı filmini təqdim edirik.
Rast / 2016 / Azərbaycan, İtaliya / 20 dəq / dram / rəngli
Rejissor: Nihad İsa
Film İtaliyadan Qafqaza - Azərbaycana səyahət edən bir şairin xatirələrindən bəhs edir. Söz çox böyük varlıqdır. Bu filmdə şairlərin sözlərinin kölgəsində onların vətəninə səyahət edirik. Məşhur Nəsimi və Füzulidən başqa, ucqar bir dağ kəndində yaşayan, orada yazıb-yaradan, bir o qədər də tanınmayan, gözdən uzaq şairlər də bu yolda atdıqları addımları bizə danışırlar.
Nihad İsa Milan şəhərində yaşayıb yaradır.
Film ingilis subtitrləri ilə nümayiş ediləcəkdir.
Tarix: 28 mart, 2017-ci il
Saat: 19.00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir