Ünvan
ARTIM LAYİHƏ MƏKANI
ÜNVAN:
İçəri Şəhər, Kiçik Qala küç. 5
Bakı, Azərbaycan, AZ1001
İŞ REJİMİ:
Çərşənbə axşamı - bazar: 12:00 > 20:00
ƏLAQƏ:
+994 12 505 1414
E-MAIL:
Xəritə23 İyn 22
ARTIM Layihə Məkanında YARAT Film Klubu çərçivəsində müstəqil ekran əsəri olan “Orizuru” qısametrajlı bədii filmin və Daşkənd Beynəlxalq Film Festivalının “5 günə film” müsabiqəsinin “Maarifləndirmə və inkişaf naminə” nominasiyasının qalibi olan “İki yol” filminin nümayişi keçiriləcək.
“Orizuru” qısametrajlı bədii filmi
Rejissor: Nihad J., Elgün Quliyev
Animasiya: Səddam Mehdiyev
Müddət: 32 dəq.
Dil: Azərbaycan, ingilis alt yazıları ilə
Yapon incəsənəti ilə maraqlanan sinif nümayəndəsi, dərslərə laqeyd yanaşan sinif yoldaşının məzun olmasına kömək etmək məqsədilə məktəb jurnalındakı qaiblərə düzəliş verir...
“İki yol” qısametrajlı bədii filmi
Rejisorlar: Səddam Mehdiyev və Murad Hüseynov, animasiya Ziko Hikmatov.
Müddət: 18 dəq.
Dil: Özbək, ingilis alt yazıları ilə
XVI əsr, Böyük ipək yolu... Film tacir ata ilə oğlunun gərgin münasibətlərindən bəhs etdirir.
Tarix: 23 iyun, 2022
Saat: 20:30
Məkan: ARTIM Layihə Məkanı
Ünvan: Kiçik Qala küç., 5, İçərişəhər
Yaş məhdudiyyəti yoxdur.
Yerlərin sayı məhduddur.
Qeydiyyat linki: https://cutt.ly/gKlOwpE
*COVID pasportunun olması mütləqdir.