Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
28 Yan 20
YARAT Müasir İncəsənət Məkanı ingilis dramaturqu Vilyam Şekspirin “Romeo və Cülyetta”, “Otello” və “Hamlet” adlı məşhur əsərləri əsasında hazırlanmış tamaşasının premyerası baş tutacaq.
Baş rollarda “Mom & Kids” təşkilatı nəzdində fəaliyyət göstərən, Rus Dram Teatrının aparıcı aktrisası İnna İmranovanın rəhbərlik etdiyi Uşaq Teatr Studiyasının şagirdləri çıxış edirlər.
Moms & Kids təşkilatının (rəhbərlər: Fidan Xanlarova və Şirin Rzayeva) Uşaq Teatr Studiyası artıq 5 ildir ki, fəaliyyət göstərir. Bu dövr ərzində studiya “Notre-Dame de Paris”, “Üç muşketyor”, “Pinokkio”, “Əlibaba və 40 quldur” tamaşaları, həmçinin ”Qaynana", "İvan Vasilyeviç peşəsini dəyişdirir" məşhur film əsasında hazırlanmış quruluşları Bakının aparıcı teatr səhnələrində təqdim etmişdir.
Tamaşa rus dilində nümayiş olunacaq.
Tarix: 28 yanvar, 2020
Saat: 19:00
Məkan: YARAT Mərkəzi
Giriş sərbəstdir