10 Fev 17
YARAT Müasir İncəsənət Məkanı YARAT daimi kolleksiyası və mövcud sərgilərini müzakirə etmək üçün yeni danışıqlar platforması təqdim edir. Hər həftə keçiriləcək tədbirlər silsiləsində məşhur rəssamlar, yazıçılar, musiqiçilər, tədqiqatçılar, sahibkarlar və digər mütəxəssislər ilə görüşlər təşkil olunacaq.
Müasir incəsənət haqqında öz fikirlərini bölüşmək, habelə tədbir iştirakçıları ilə müzakirələr aparmaq məqsədilə biz tanınmış simalara müraciət edirik.
Yaz fəsli yaxınlaşdıqca YARAT Müzakirələri proqramının tədbirlərini daha müntəzəm təşkil etməyə başlayacağıq. Həmsöhbətlərimiz isə hər zamankı kimi biri-birindən maraqlı şəxslər olacaqdır.
Bu cümə günü qonağımız məşhur televiziya aparıcısı, rejissor, aktyor və prodüser Tural Əsədov olacaq.
Hər birinizi incəsənət və yaradıcılıq haqqında müzakirələrə dəvət edirik.
Tarix: 10 fevral 2017
Vaxt: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, 1-ci mərtəbə
Səbayıl rayonu, Bayıl (Dövlət Bayrağı Meydanına yaxın)
Giriş sərbəstdir