Mart 2024

10-16 YAŞLI UŞAQLAR ÜÇÜN 'CYRUS CYLİNDER' ADLI USTAD DƏRSLƏR

24 Mar - 25 Mar 15

10-16 YAŞLI UŞAQLAR ÜÇÜN USTAD DƏRSLƏR

“CYRUS CYLİNDER” (“KİRİN SİLİNDRİ”)

ALA EBTEKAR İLƏ

Böyük məmnunluq hissi ilə YARAT Müasir İncəsənət Məkanı adından Sizə bu məlumatı çatdırırıq: rəssam və Stanford Universitetinin (Kaliforniya, ABŞ) professoru, dünya şöhrətli təsviri sənət ustası Ala Ebtekar (www.torandj.com) Bakıya qısamüddətli ezamiyyətə gəlib YARAT-ın Art-rezident qonağı olmaq dəvətini qəbul etmişdir. Ala Ebtekarın bu gəlişi, iyun ayına təyin olunmuş yay pablik-art festivalına hazırlıq tədbirlərinin tərkib hissəsi kimi nəzərdə tutulmuşdur. Yay festivalında Ala Ebtekar, səsləndirmə/səsyazma sənəti və qeyri-formal memarlıq üzrə multi-media performansına “dirijorluq” edəcək. Həmin performans çərçivəsində gələcək nəslin səsləri yazılacaq və Ala Ebtekar bu səs yazılarını özünün mütəmadi surətdə yenilədiyi “Cylindr.US” (www.cylindr.us) layihəsinə qataraq, layihənin tərkib hissəsi edəcək. Layihə “Cyrus Cylinder” (“Kirin silindri”) adlanan məşhur İran artefaktının öyrənilməsinə həsr olunub. Gildən düzəldilmiş bu silindr 1879-cu ildə qədim Mesopotamiya (indiki İraq) ərazisindən tapılmışdı. Onun üzərində e.ə. VI əsrin İran hökmdarı Midiyalı Kirin uğurları barədə məlumatlarla yanaşı padşahın mülahizələri də həkk olunmuşdur. Bəzi tarixçilər bu önəmli artefaktın insan hüquqlarından bəhs edən ilk tarixi sənəd olduğunu hesab edirlər. Məhz bunu ağlında tutaraq, Ala Ebtekar bizim diyarın uşaqları ilə işləyib, onların gələcək nəsil liderləri kimi fikirlərini və istəklərini səsyazma və çəkiliş yoluyla qeyd etmək istəyir.

Art-rezident ezamiyyətinin bir hissəsi olaraq, Ala Ebtekar 2 gün ərzində, hər dəfə 10-12 nəfər uşaqdan ibarət yığcam bir qrupla ikisaatlıq görüş keçirmək istərdi. Qədim artefaktlar, səsləndirmə/səsyazma sənəti, futurizm kimi anlayışlar barədə uşaqların nə düşündükləri görüşün söhbət mövzusunu təşkil edəcək. Görüşün sonunda professor kamera qarşısında hər uşağa belə bir sualla müraciət edəcək: “Əgər sən kainatın kralı/kraliçası olsaydın və gələcək nəsillərə bir mesaj ünvanlamaq istəsəydin, o mesajında nə deyərdin?” Hər bir uşağın cavabı video kameraya çəkiləcək və sonradan 2015-ci ilin iyununda – festivalın yekun perfomansında, Bakıda yaşayan uşaqların mövqeyini təqdim etmək üçün rəssam tərəfindən istifadə ediləcək.


Ala Ebtekar (1978) San Franciscoda yaşayan Amerika mənşəli vizual rəssamdır. Ebtekar əsərlərində Fars mifologiyası, elm, fəlsəfə və pop mədəniyyətinin çox istiqamətli bir layihələrdə istifadə edərək, tarixi və mif arasında keçid araşdırır, rəsm və installasiyalar layihələri işlərlə əsasən tanınır.


Əgər siz 24-25 mart 2015-ci il tarixlərində saat 14:00-dan 16:00-a qədər keçirilən görüşlərin birində və video çəkilişində övladınızın iştirak etməyini istəyirsinizsə, lütfən qeydiyyatdan keçin – aşağıdakı blankı doldurun və 28 fevral 2015-ci il tarixindən gec olmayaraq onu bu ünvana göndərin ulvia.a@yarat.az. Yerlərin sayı məhdud olduğuna görə (bir gündə 12 uşaq), lütfən müraciətinizi təxirə salmadan göndərin ki, onu müsbət cavablandırmaq imkanımız olsun.

Uşağın adı:

Uşağın yaşı: 

Oxuduğu məktəb:

Valideynin / qəyyumun adı:

Valideynlərin əlaqə telefonu və e-mail:

Valideynin daimi ünvanı:

Gəlmək istədiyiniz günü lütfən qeyd edin: 24, 25 mart 2015

İmza:


Ətraflı məlumat üçün info@yarat.az elektron ünvanına yaza ya da 012 505 1414 zəng edə bilərsiniz.


Facebooke Event

Yüklənir