05 Avq - 19 Avq 13
(( [if gte mso 9]><![endif]))
(( [if gte mso 9]>Normal0falsefalsefalseEN-USX-NONEX-NONE<![endif]))(( [if gte mso 9]><![endif]))(( [if gte mso 10]><![endif]))
PARKCYCLE
REBAR GROUP & N55 (US)
Səyyar park
Bu ilin avqust ayında “YARAT” Müasir İncəsənət Məkanı bakılıları Amerikanın “Rebar” adlı art-qrupunun yaradıcılığı ilə tanış etməyi planlaşdırır. Onların xüsusi olaraq Participate Public Art Festivalı üçün yaratdığı “Parkosikl” əsəri Bakı şəhərində dövr edəcək kiçik səyyar, yalnız bir ağacdan ibarət olan park hissəsidir. Əsərin müəllifləri yaratdığı işə “ictimai məkanların yenidən bölüşdürülməsi üzrə insan tərəfindən idarə olunan bir sistem” tərifini verib. Dayandığı yerdə “Parkosikl” yerli əhaliyə yaşıl məkanlara birbaşa çıxış imkanlarını bəxş edir, ilk dəfə isə, bu əsər ictimaiyyətə 2007-ci ildə San-Fransisko şəhərində təqdim olunmuşdur. Əsəri Bakıya gətirməklə, “Rebar” art-qrupu ictimai heykəltəraşlıq sənətinin funksiyalarını və imkanlarını artırmaq, habelə bu səpgidə məlumatlılıq səviyyəsini artıraraq yaşıl məkanların əhəmiyyətini vurqulamaq niyyətindədir.