Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
23 Fev 16
YARAT Film Klubu rejissor Anar Abbasovun "Qurban" adlı macəra filmini təqdim edir.
Qurban / 2011 / Azərbaycan, Rusiya / 25 dəq. / macəra / rəngli
Rejissor: Anar Abbasov; Operator: Semyon Amanatov; Səs rejissoru: Nataliya Buzıkina; Direktor : Məhəddin Abbasov; Pedaqoqlar: A.Y. Uçitel, A.İ. Geleyn
Rollarda: Sərvər Şahbəyli; Nargilə Qəribova; Hürü Abbasova; Səhrəddin Abbasov; Məqsəd Abbasov; Aytəkin; Ceyran; Mehriban
Filmin qəhrəmanının bir neçə qız övladı var. Günlərin bir günü həyat yoldaşı yenidən hamilə qalarkən kişi sübh namazında dua edir. O, Allahdan ailəsini qorumağı və ondan sonra ocağında bir kişi qalmağı üçün oğul payı istəyir. Kişi bunun əvəzində Tanrı yolunda Haçaqayada qoç qurban kəsəcəyini vəd edir.
Qurbanı kəsmək vaxtı çatanda kişinin qoça yazığı gəlir, Allahda onu bağışlamağını diləyib evə qayıdır. Lakin yolda təsadüfən ayağı sürüşür və uçuruma yuvarlanmaq təhlükəsi ilə qarşı qarşıya qalır. Allahın mərhəmətinə gələn kişi bu vəziyyətdən xilas olur. Evə çatana qədər isə qurbanı kəsmədiyi üçün oğlu, yaxud qızı olacağından hələ ki, xəbəri yoxdur.
Film rejissor Anar Abbasovun diplom işidir.
Film Internationaler Wettbewerb 8: Feiern und Rituale-da iştirak etmişdir.
Rejissor Anar Abbasov 1975-ci ildə Bakı şəhərində anadan olub. Anar 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 2002-ci ildə Moskvaya köçür və 2011-ci ildə Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetindən məzun olur.
Film Azərbaycan dilində nümayiş olunacaq
18 +
Tarix: 23 fevral, 2016
Saat: 19.00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir