20 Apr 20
Onlayn rejimdə müzakirələrimizə davam edirik. Bu dəfə Instagram canlı yayımda YARAT Rezidentura proqramının keçmiş iştirakçısı, Alman rəssamı Michael Hirschbichler ilə “Miflərin yenidən mənalandırılması” mövzusu ətrafında söhbət edəcəyik.
Mixael Bakı və Kioto şəhərlərində yaratdığı iki əsərini nümayiş etdirəcək və miflərin toplama prosesindən, mənalandırılmasından və transformasiyalara uğramasından danışacaq
Tarix: 20 aprel, 2020
Saat: 20:00
Moderator: Anna Fech
Dil: İngilis
YARAT instagram səhifəsi
Vizual rəssam Mikael Hirşbixler Sürix və Münhendə yaşayır və fəaliyyət göstərir. Onun fərdi və qrup sərgiləri bir çox yerlərdə nümayiş etdirilib, o cümlədən: Martin-Gropius-Bau (Berlin), Museum Helmhaus (Sürix), Haus der Architektur (Qrats), art space artQ13 (Roma), Museo Civico G. Fattori (Livorno), Villa Massimo (Roma), art space – ion+ (Sürix), Zollhaus (Lüsern), MARIA HIL F at ETH layihə məkanı (Sürix), Folium (Sürix), Gallery Karin Sachs (Münhen), Gallery A¦B¦Contemporary (Sürix) və Artifact Gallery (Nyu-York). Mikael Hirşbixler Romada yerləşən Villa Massimo institutunda rezident olub və 2018-ci ildə Parisdə Cité Internationale des Arts fondunun rezidentura proqramında iştirak etməyi planlaşdırır.