Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
08 Avq 17
YARAT Müasir İncəsənət Məkanı məmuniyyətlə Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir. 8 avqust 2017-ci il tarixində Qazaxıstan rejissoru Katerina Suvorovanın Dənizim filminin nümayişinə dəvət edir.
Dənizim / 2016 / Qazaxıstan / 88 dəq / drama / rəngli
Dənizim filmi Aral dənizi sahillərində yaşayan sakinlərin – tək başına şoran torpaqlarda bağ-bostan yetişdirən qocaman Cukenin; şəhər portunun bio mühitinin tədqiqini davam edən gənc qadın hidrobioloqun; sahil boyu səpələnmiş gəmi qalıqlarını toplayan şən dəmiryığanlar briqadasının və dənizin 10 kilometr yaşadığı kənddən aralanan, nəslən balıqçı olan gənc oğlanın hekayələrindən qurulub.
Dəniz gedib, insanlar isə qalıblar... Bu film insanların özlərinə və gələcək nəsillərə yeni həyatın qurulması haqqındadır, postapokaliptik dünyaya aparan kinosəyahətdir.
Filmin beynəlxalq premyerası 6 avqust 2016-cı il tarixində Lokarno Film Festivalında (İsveçrə) baş tutub.
Film qazax və rus dillərində (ingilis dili subtitrləri ilə) nümayiş olunacaq.
Tarix: 8 avqust, 2017
Saat: 19.00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir