Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
19 İyl 17
YARAT Müasir İncəsənət Məkanı qədim mantra ab-havasına qərq olmağa dəvət edir. Hindistanın ecazkar koloriti, həm də planetimizin ən qədim dillərindən biri sanskrit – bu səyahətə kömək edəcək. Proqram musiqi və rəqs performanslarından ibarətdir.
Tədbir YARAT FreeStyle adlı açıq platforma çərçivəsində təşkil edilmişdir.
Yaradıcı qruplar və fərdlər üçün meydan olmaq amalına xidmət edən YARAT FreeStyle, eləcə də öz təcrübələrini həyata keçirmək istəyən gənc aktyor və aktrisaların, rəqqas və rəqqasələrin, performans rəssamlarının, musiqiçilərin və digər sənətkarların üzünə açıqdır. Hər kəs öz layihəsi və ya ideyası ilə bizə müraciət edə bilər.
Bu axşam sizə mantraları ifa edəcəklər:
Mr. Häppy,
Rinat Alimov,
Les Gardiens Du Silence,
Rasim Məsimov,
rəqqaslar Günel Şax və Şirxan Quluzadə və mridanga ifaçısı Xəyal Nityananda iştirakı ilə.
Tarix: 19 iyul, 2017
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir