Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
31 Yan 19
YARAT Müasir İncəsənət Məkanı istedadlı musiqiçi Cavad Cavadzadə ilə təşkil olunan musiqi axşamına dəvət edir.
Cavad Cavadzadə “Metamorphosis” adlı kamera ansamblının bədii rəhbəridir. Cəlal Abbasov, Rüfət Ramazanov, Xədicə Zeynalova, Rəhilə Həsənova, Dmitri Smirnov, Elena Firsova, Hana Ajiaşvili, Məmməd Quliyev kimi müasir bəstəkarların əsərlərinin ilk ifaçısıdır. O, Maestro Rauf Abdullayev, Nikoloz Raçveli, Lev Markiz, Ennio Morricone, Maxim Vengerov, Laurent Petitgirard, Peter Rundel, Ignat Soljenitsın, Sir Neville Marriner və başqa dirijorların rəhbərliyi altında çıxış edib.
Axşamın xüsusi qonaqı isə fleytada ifa edən Nicat Salmanov olacaq.
Proqram:
Hana Ajiaşvili – ContrabassContra
Elena Firsova – Slavanın xatirəsinə
Məmməd Quliyev – Fleyta pikkolo və Kontrabass üçün Sonata
Rəhilə Həsənova – Kölgə oyunu
Tarix: 31 yanvar, 2019
Saat: 19:00
Məkan: YARAT Mərkəzi
Giriş sərbəstdir