Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
13 Noy 18
YARAT Müasir İncəsənət Məkanı YARAT Film Klub çərçivəsində keçirilən “Məddah” filminin təqdimatına dəvət edir
Məddah / 2014 / Türkiyə / 98 dəq. / drama / rəngli
Ssenari müəllifi və rejissor: Batur Emin Akyel
Bir zamanlar çox məşhur teatr aktyoru olan Əziz, hal-hazırda evsiz olduğundan dostlarının köməkliyi ilə otellərdə qalır. O, məddahlıq edərək yaşayış pulunu çıxarmağa çalışır. Bir gün qəhrəmanımız ömrünün sonuna yaxınlaşdığını anladığından, həyatı ilə vidalaşmazdan əvvəl uzun zamandır ona vicdan əzabı verən keçmiş bir səhvini düzəltmək qərarına gəlir...
Film türk dilində ingilis subtitrları ilə nümayiş olunacaq.
Tarix: 13 noyabr, 2018
Saat: 19:00
Məkan: YARAT Mərkəzi
Giriş sərbəstdir