Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
23 Okt 18
YARAT Müasir İncəsənət Məkanı sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubu çərçvəsində rejissor Ramiz Həsənoğlunun Cavid Ömrü filminin nümayişini təqdim edir.
Azərbaycanın böyük dramaturqu, 37-ci il repressiyalarının qurbanı Hüseyn Cavidin həyatının ən yaddaqalan məqamları, qəddar rejim qarşısında baş əyməyən ədibin və onun ailə üzvlərinin faciəsini əks etdirən filmə Cavidin ən məhşur pyeslərindən parçalar üzvi şəkildə daxil edilmişdir.
Film Azərbaycan dilində nümayiş olunacaq.
Tarix: 23 oktyabr, 2018
Saat: 19.00
Məkan: YARAT Mərkəzi, Çoxtəyinatlı zal
Giriş sərbəstdir