Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
27 Fev 18
YARAT Müasir İncəsənət Məkanı Film Klub çərçivəsində kinorejissor Oqtay Mirqasımov tərəfindən keçiriləcək “İmprovizasiya - yaradıcı özünüifadə tərzi kimi” adlı ustad dərsində iştirak etməyə dəvət edirik.
Oqtay Mirqasımov Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Azərbaycan Yazıçılar Birliyi və Rəssamlar İttifaqının üzvüdür. Oqtay Mirqasımov Mədəniyyət və İncəsənət Universitetinin “Kino-televiziya sənətləri” kafedrasının professorudur və artıq 20 ildir ki, Azərbaycan gənc kinematoqrafçılarının hazırlanmasında fəaliyyət göstərir. Tələbələrindən bir çoxu kinematoqrafiya və televiziya sahələrində uğurla çalışır, müsabiqələrdə və festivallarda iştirak edir, yerli və beynəlxalq mükafatlara layiq görülüblər. Kinorejissor Oqtay Mirqasımovun ekran əsərləri Fransa, İtaliya, Türkiyə, Monqolustan, Polşa, Macarıstan, İsrail, Yaponiya və s. ölkələrin tamaşaçıları tərəfindən rəğbətlə qarşılanıb.
Ustad dərsi zamanı siz öz hekayənizi təcrübəli rejissorun rəhbərliyi altında qısa bir film quruluşuna çevirməyə çalışacaqsınız.
Tarix: 27 fevral, 2018
Saat: 19.00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Giriş sərbəstdir