Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
23 Avq 16
YARAT Müasir İncəsənət Məkanı böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir.
23 avqust 2016-cı il tarixində rejissor Amil Məmiyevin “Qara bağ” adlı filmi təqdim olunacaq.
Qara bağ / 2015 / Azərbaycan / 90 dəq. / Drama / Rəngli
Dram janrında lentə alınan “Qara bağ” filmi “40-ci paraleldə” kinoalmanaxına daxildir. “Qara bağ” dilək ağacına bağlanan “qara düyünlər” mənasındadır və Azərbaycanın əbədi-əzəli torpağı olan Qarabağla bağlı hadisələr onun vasitəsilə filmin ümumi kontekstinə köçürülür. Film məcburi köçkünlərin hal-hazırkı yaşayış tərzini, Qarabağ həsrətini bir sıra metaforik simvollarla realizə edir. Çəkilişlər Bakıda və Hacıqabul rayonunun Qızıl burun qəsəbəsi yaxınlığındakı qaçqın şəhərciyində aparılıb.
Rollarda: Vidadi Əliyev, Elxan Abbasov, Rasim Cəfər, Ayşad Məmmədov, Məzahir Həşimov və digərləri çəkiliblər.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru: Amil Məmiyev, quruluşçu operatoru: Rauf Qurbanəliyev, quruluşçu rəssamı: Əziz Məmmədov, bədii rəhbəri: Cəmil Quliyev, icraçı prodüseri: Arif Səfərov, prodüseri: Müşfiq Hətəmovdur.
Film Azərbaycan dilində nümayiş olunacaq.
Tarix: 23 avqust, 2016
Saat: 19.00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir