07 Dek 16
YARAT Müasir İncəsənət Məkanı Sizi Lomonosov adına MDU-nun dosenti, «Səs antropologiyası» seminarının təsisçisi, Andrey Loqutovun mühazirəsinə 7 dekabr 2016-cı il tarixində YARAT Mərkəzinə dəvət edir.
«Explorations in Communication» (1960) kitabında media terioyasının əsasını qoymuş E. Karpenter və M. Maklüen yazırdılar: “Eşitmə məkanının müəyyən mərkəzi yoxdur. O, sərhədləri aydın şəkildə bəlirlənməmiş sfera kimidir, elə bir məkandır ki, onu əşyalar yaradarır, amma o, əşyalara malik deyil. O, sərhədlərə qapadılmış rəsm məkanı kimi də deyil, əksinə, o dinamik, axar və plastikdir”.
Eyni sözləri şəhər məkanı haqda da demək olar: müasir şəhərin bəlirlənmiş sərhədləri yoxdur, o dinamikdir, onun obrazı hər gün yenidən yaradılır.
1979-cu ildə ilk daşınabilən pleyer yarandıqdan sonra audial praktikalar getdikcə daha da individuallaşdı. Şəhər kollektiv qulaq asmanın qorunduğu azsaylı məkanlardan biridir. Ancaq paradoksal şəkildə şəhərin səs lanqşaftı icmai marağı yaxın zamanlarda oyadıb: insanları daha çox şəhərin necə göründüyü maraqlandırır, nəyinki necə səsləndiyi.
Mühazirədə səs ekologiyasından, şəhər səsinə müxtəlif yanaşmalardan, böyük şəhərlərin səs landşaftı ilə yaxın onilliklərdə nə ola biləcəyindən və sünii səs mühitlərinin söz açacağıq.
Tarix: 7 dekabr, 2016
Saat: 19.00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir