Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
02 Fev 17
YARAT Contemporary Art Space and Children’s Musical Theatre of Music School-studio under the Baku Musical Academy named after Uzeyir Hajibeyli presents musical performance "I love you, Khazar".
Tədbir YARAT FreeStyle adlı açıq platforma çərçivəsində təşkil edilmişdir.
Yaradıcı qruplar və fərdlər üçün meydan olmaq məqsədi ilə xidmət edən YARAT FreeStyle, eləcə də öz təcrübələrini həyata keçirmək istəyən gənc aktyor və aktrisaların, rəqqas və rəqqasələrin, performans rəssamlarının, musiqiçilərin və digər sənətkarların üzünə açıqdır. Hər kəs öz layihəsi və ya ideyası ilə bizə müraciət edə bilər.
İdeya, ssenari müəllifləri və quruluşçu rejissorlar: Elvin Mirzəyev Və Nigar Həsənzadə
Musiqi Rəhbərləri: Ofeliya Axundova Və Vəfa Həmidova
Bədii Rəhbər: Tərlan Seyidov
Tamaşanın əsasını ölkəmizin mərhələ-mərhələ 100 illik dövrünü əks etdirən məşhur mahnılar təşkil edir. Bu musiqi və mahnılarla Siz keçmiş dövrlərdən bu günədək müxtəlif zamanlara səyahət edib, Vətənimizin müxtəlif dəb və adətlərin şahidi olacaqsınız. Gənc artistlərlə birgə Siz yaxın tariximizin müxtəlif anlarını yaşayacaqsınız - azadlığa çıxan qadın həyatına, pioner dəstələrinin marş addımlamasına, Vətən müharibəsi dövrünün partizan həyatına baş çəkəcəksiniz. Köhnə bulvar və dəniz çimərliklərində gəzəcəksiniz. Uşaqlığınıza qayıdıb yenidən böyüyəcəksiniz...
Biz müxtəlif nəsilləri yaxınlaşdırıb uşaqlarla valideynlərin, nənə və babalarımızın ünsiyyət və anlaşma körpüsünə çevrilmək niyyətindəyik.
Tarix: 2 fevral, 2017
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, 2-ci mərtəbə, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir