Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
22 Dek 15
YARAT Müasir İncəsənət Mərkəzi böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir. Üzümüzə gələn çərşənbə axşamı sizi, qazax rejissoru Əmir Bayqazinin “Aslanın dərsləri” filminə baxmağa dəvət edirik. Film qazax, fransız və alman kinematoqrafçılarının birgə istehsalıdır.
Aslanın Dərsləri / 2013 / Qazaxıstan, Almaniya / 115 dəq. / Drama / Rəngli
Filmin premyerası 63-cü Berlin Beynəlxalq Kinofestivalında (2013) baş tutub. Həmin festivalda filmin operatoru Əziz Janbakiyeva kino sənətində mühüm bədii nailiyyətlərinə görə “Gümüş Ayı” mükafatı təqdim olunub.
Filmin əhvalatı kiçik qazax kəndində baş verir. Yuxarı sinif şagirdi Bolat və onun kriminal aləmilə əlaqəsi olan yeniyetmə quldur dəstəsi - nənəsi ilə birgə yaşayan, sakit və çalışqan 13 yaşlı Aslanı təqib etmək və alçaltmaqla məşğuldurlar. Film uzunmüddətli haqsızlıq və qaçılmaz qisasdan bəhs edir.
Emir Baigazin Qazaxıstan Aktyubinskrayonunun Tandy kəndində anadan olub. 2004-cü 2002-ci ildən ALGA yüksək məktəbi bitirdikdən sonra o, TAshtanov Aktobe Dram Teatrının fəaliyyət göstərən məktəbdə oxuyub və 2004-cü ildə film istiqaməti və kino ixtisası, İncəsənət Qazaxıstan Milli Akademiyasına daxil olmuşdur. Sentyabr 2007-ci ildə o Busan Beynəlxalq Film Festivalı, Asiya Film Akademiyasının (AFA) iştirak edib. Fevral 2008-ci ildə o, Almaniyada 58-ci Berlin Beynəlxalq Film Festivalında gənc qabiliyyət Berlin düşərgəsində üzvü olub.
Film qazax dilində (rus dili altyazıları ilə) nümayiş etdiriləcək.
12 +
Tarix: 22 dekabr, 2015
Saat: 19.00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir