Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
15 Noy 16
YARAT Film Klub müxtəlif janrlarda olan filmləri nümayiş etdirməyə davam edir. Bu dəfə isə, noyabr ayının 15-i sizi, Fransa və Türkiyə rejissoru Deniz Gamze Ergüvenin “Mustanq” adlı bədii filminə baxmağa dəvət edirik.
Mustanq / 2015 / Fransa, Türkiyə, Almaniya / 97 dəq. / dram / rəngli
Bu filmi, adətən Sofiya Koppolanın debüt filmi olan "İntiharçı bakirələr" (The Virgin Suicides) ilə müqayisə edirlər.
Hadisələr Türkiyənin cənub-şərqində, kənd yerində cərəyan edir. Filmin qəhrəmanları, valideynlərini itirmiş, doğma nənə və əmisinin himayəsində olan Lale, Nur, Ece, Selma və Sonay adlı bacılardır. Mühafizəkar qohumlar, qızların namusunu qorumağı və onları uğurla ərə vermək üçün əllərindən gələni edirlər. Hekayənin dönüş nöqtəsi, çimərlikdə uşaq dəcəllikləri ilə başlayaraq, sonradan ailənin şərəf məsələsinin "silkələnməsi" və ardıcıl məcburi nikahların baş verməsi ilə müşayiət olunur. Film həm Türkiyə, həm də Azərbaycanda aktual olan qadın (qız) seksuallığının boğulması mövzusuna toxunur
Filmin seyrindən sonra, yerli ekspertlərin iştirakı ilə kiçik müzakirə gözlənilir.
Film türk dilində (ingilis alt yazıları ilə) nümayiş olunacaq.
12 +
Tarix: 15 noyabr, 2016
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir.