Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
26 Yan 18
YARAT Müasir İncəsənət Məkanı yanvar ayının sonuncu cüməsini bizimlə keçirməyi təklif edirik! Yanvarın 26-sı YARAT canlı musiqi axşamı proqramının qonaqları Erkin (Love) Osmanlı, Safael və KADİ Band olacaqlar.
Erkin (Love) Osmanlı – ifaçı, bəstəkar, şair və aktyor. 2006-cı ildə “Akademiya” musiqi şousunda çıxış edərkən Azərbaycan musiqisevərlərin rəğbətini qazanmışdır. O, 2017-ci ildə Nyu-Yorkda hazırlanmış elmi-fantastik “D4rkly Your Retrorockets Fl4re” tamaşasında aktyor və ifaçı kimi iştirak edib, həmçinin quruluşun bəstəkarıdır.
Safael – 13 yaşından musiqiyə böyük maraq göstərir. Moskva Müasir İncəsənət İnstitutunda caz ifaçılığı üzrə təhsil alıb.
“KADİ” Band: Orxan Əfəndi və Vəfa Qədirova. Orxan Əfəndi – müəllif-ifaçı və musiqiçidir. 2014-cü ildən blüz və rok-n-roll janrlarında musiqi bəstələyir. Vəfa Qədirova isə caz və blüz musiqi janrlarında çıxış edən müəllif-ifaçı. 2017-ci ildə Fransanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan "Musiqi bayramı" çərçivəsində çıxış etmişdir. Hal-hazırda qrupun 1-ci sinqlı üzərində çalışır.
Yerlərin sayı məhdud olduğundan öncədən qeydiyyatdan keçmək zəruridir.
Tarix: 26 yanvar, 2018-ci il
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, çoxfunksiyalı zal
Giriş: qeydiyyat ilə
Qeydiyyat üçün əlaqə: 0125051414, 0502469292