Ünvan
RƏNGKARLIQ MUZEYİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MUZEYİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
02 Mar 23
YARAT Sizi, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində cari “METAKOD” sərgisi çərçivəsində sənətşünas, kurator Dilarə Vahabovanın “İncəsənətdə mənəviyyat” adlı mühazirəsinə dəvət edir.
Dilarə Vahabova 40 ildən artıqdır ki, Azərbaycan rəssamları və müasir incəsənətinin aktual problemləri haqqında məqalələr yazır, həmçinin o, “Başqa incəsənət” monoqrafiyası, rəssamlar Rasim Babayev, Tofiq Cavadov, Kamal Əhmədov, Fazil Nəcəfov, Elçin Məmmədov və s. yaradıcılığına həsr olunmuş kitabların müəllifidir.
Həmçinin o, Stavanger şəhər Arxeologiya Muzeyinin (Norveç) müasir incəsənət ekspozisiyasının həmkuratoru (2007); IV, V və VI “Alüminium” Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi (2009, 2012, 2019) və s. kimi bir çox sərgi layihələrinin kuratoru olmuşdur.
Tədbir zamanı konkret nümunələrlə müxtəlif mədəniyyətlərdəki obrazların vahid semantikasının əsrlər boyu necə inkişaf etdiyindən söz açılacaq.
Tarix: 2 mart, 19:00
Dil: Rus
Məkan: XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi (2-ci mərtəbə)
Giriş sərbəstdir.
COVID pasportun təqdimi mütləqdir.