Ünvan
ARTIM LAYİHƏ MƏKANI
ÜNVAN:
İçəri Şəhər, Kiçik Qala küç. 5
Bakı, Azərbaycan, AZ1001
İŞ REJİMİ:
Çərşənbə axşamı - bazar: 12:00 > 20:00
ƏLAQƏ:
+994 12 505 1414
E-MAIL:
Xəritə05 Okt 17
YARAT Müasir İncəsənət Məkanı Sizi ARTIM Lab layihə iştirakçılarınin ARTİM Layihə məkanında keçiriləcək Sıfır adlı birgünlük qrup sərgisinə dəvət edir.
İştirakçılar: Şahnaz Ağayeva, Hatəm Əlizadə, Qafar Rzayev, Mousa Bəyzadə, Etibar İsmayılov, İlahə Xalıqova, Aydan Mirzəyeva, Leyla Quliyeva və Aqil Tahirli
Sərginin kuratoru: Faiq Əhməd.
Sıfır rəqəmi nə müsbət, nə də mənfidir. O, həm başlanğıc, həm də son ola bilər. Eyni zamanda heç nə və hər şey deməkdir. 24 saatlıq “Sıfır” sərgisi, ARTIM LAB tərəfindən və rəssam Faiq Əhmədin rəhbərliyi altında keçirilən ustad dərslərin nəticəsidir. Yaradıcılıq prosesində rəssamlar boşluq və bütövlük vəziyyətini əks etdirərək, bu vəziyyətləri dərindən dərk etməyə çalışıblar. Rəssamlar eyni zamanda öz fərdiyyətindən uzaqlaşmağa və öz mahiyyətlərinin anlaşılmasına yaxınlaşmağa cəhd göstəriblər. Ustad dərsi hər biri öz reallığında olan rəssam və seyrçinin gözləntiləri və münasibətləri çərçivəsində yaradıcılıq prosesini nəzərdən keçirir.
Ustad dərsi bizi ekzistensial məsələlərə qaytarır, tədbir iştirakçıları üçün isə istehsal dövriyyəsindən qurtulmaq və onu qısa müddətə dayandırmaq, individualist mədəniyyətin təzyiqindən və incəsənət bazarının diktə etdiyi rəqabətə davamlılıq standartlarından imtina etmək cəhdi idi. ARTIM LAB layihəsi çərçivəsində keçirilən bu 24 saatlıq sərgi bir eksperimentdir və sənətkarın ən sadə və eyni zamanda ən əzəmətli yolla cəmiyyətlə necə vəhdət qurmaq sualına cavab əldə etməkdir.
Açılış: 5 oktyabr, 2017
Saat: 19:00
Məkan: ARTIM Layihə Məkanı
Ünvan: İçərişəhər, Böyük Qala küç., 30, 001A)
Giriş sərbəstdir