Ünvan
ARTIM LAYİHƏ MƏKANI
ÜNVAN:
İçəri Şəhər, Kiçik Qala küç. 5
Bakı, Azərbaycan, AZ1001
İŞ REJİMİ:
Çərşənbə axşamı - bazar: 12:00 > 20:00
ƏLAQƏ:
+994 12 505 1414
E-MAIL:
Xəritə27 Yan 17
YARAT Müasir İncəsənət Məkanı böyük məmnuniyyətlə sizi ARTIM Layihə Məkanında keçiriləcək “SƏN MƏNİ ANLAMIRSAN” sərgisinin “Je t’aime” adlı finisaj axşamına dəvət edir.
Dəvət olunmuş DJ: Şərqiyə Rəhmanova
“ADO” teatr qrupu, Vüsal Rəhim, Vüqar Quliyev və Aysel Əmirova
ARTIM Layihə Məkanında üç rəssam – Vüsal Rəhim, Vüqar Quliyev, Aysel Əmirova və “ADO” teatr qrupunun iştirakı ilə “SƏN MƏNİ ANLAMIRSAN” adlı eksperimental performansını tamamlayan “Je t’aime” adlı finisaj (təntənəli bağlanış) mərasimi keçiriləcək. “Je t’aime” (frans. Mən səni sevirəm) - ziyarətçilər arasında səmimi ünsiyyəti müşahidə edən aktyorlardan birinin divarda qeyri-iradi şəkildə yazdığı cümlədir.
“SƏN MƏNİ ANLAMIRSAN” – rəssamların əsərlərinə standart araşdırma subyekti kimi yanaşmaq əvəzinə, ziyarətçilərin “başqasının cildinə” daxil olmaqla, əsərlərin mənasını rəssamların baxış bucağından görməyə və anlamağa yönəlmiş eksperimental layihədir. “Obrazların dəyişdirilməsi” eksperimentinin başlıca məqsədi, özümüzü rahat və məlum mövqedən çıxarmaqla, adi baxışımızın naməlum və dəyişkən bucağına daxil olmaqla bağlı riski üzərimizə götürməkdir.
Tarix: 27 yanvar 2017
Vaxt: 20:00 - 22:00
Ünvan: ARTIM Layihə Məkanı
İçərişəhər, Böyük Qala küç., 30, 001A
Giriş sərbəstdir
ARTIM layihəsinin başlıca məqsədi, ölkənin gənc nəslinin istedadlı nümayəndələrini incəsənət sahəsində karyera qurmağa təşviq etmək, habelə Azərbaycanın gənc rəssamlarına peşəkar səhnədə öz əsərlərini nümayiş etdirmək üçün müvafiq şərait yaratmaqdır. ARTIM layihəsinin İçərişəhərdə peşəkar sərgi məkanı var. Bu məkan, eksperimentlərin aparılmasına və əsərlərin peşəkar səviyyədə nümayişinə imkan verən platforma qismində çıxış edir.