Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
07 Fev 18
YARAT Müasir İncəsənət Məkanı sizi Cəmilə İsgəndər ilə arzularınızın reallaşdırmağa dəvət edir.
Müasir biznes yaradıcılıq prizmasından.
Tədbirimizin qonağı JA-PR & CONSULTANCY şirkətinin sahibi, JAMMA ALEKSANDER geyim brendinin və JA-Lifestyle onlayn jurnalının yaradıcısı Cəmilə İsgəndər-Buassondur.
Görüş zamanı ideyaların yaranması, yaradıcı təşəbbüslərin layihələrdə reallaşdırılması, gizli marketinq, özünütəsdiqləmə və bir çox başqa məsələlərdən söhbətlər gedəcək.
Təhsilcə Cəmilə İsgəndər-Buasson rəssamdır. O, öz yaradıcılıq potensialını bir çox incəsənət layihələrində Azərbaycanın Əməkdar rəssamı Rəşad Mehdiyevlə birgə əməkdaşlığı sayəsində göstərib. Bununla yanaşı Cəmilə JA Art-Cakes qastronomiya layihəsi ilə də məşğul olur. Onun tort üzərində unikal gül-çiçək kompozisiyaları incə və əla zövqə malik əsl sənət əsərləridir. Ekoloji təmiz və dadlı bu tortlar insanların rəğbətini qazanıb. Öz arzu-xəyallarınızın dalınca gedin, hər hansı bir işdə ən sevdiyinizi, kreativ və əsrarəngiz ideyalarınızı qeyd edin və mütləq hər şey əla alınacaq!
Tarix: 7 fevral, 2018
Saat: 19.00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Giriş sərbəstdir