Ünvan
YARAT EMALATXANALARI
Akademik Həsən Əliyev küçəsi, 1061, Bakı, Azərbaycan, AZ1061
İŞ REJİMİ
Müvəqqəti baglıdır
ƏLAQƏ
+99412 505 1414
28 Avq - 01 Sen 17
YARAT Müasir İncəsənət Məkanı yerli rəssamları braziliyalı kurator Şeyla Zaqo tərəfindən YARAT Emalatxanalarında keçiriləcək ustad dərsdə iştiraka dəvət edir. Ustad dərs 5 gün davam edəcək.
Ustad dərsin məqsədi – kommunikasiya və ictimailəşdirmə vasitəsilə qadın vücudunun predmetləşdirilməsini araşdırmaqdır. Rəssam, onu görməyə gələn, habelə yoldan keçən tamaşaçılar üçün açıq studiya təşkil edəcək. Bu proses foto-video materiallarla sənədləşdiriləcək və sənət əsərlərinə çevrilən əlavə materiallar yaratmağa imkan verəcək.
Bu layihə, dünyanın hər yerində rəssamları təbliğ edən və yerli tərəfdaşlarla təhsil proqramlarını inkişaf etdirən kollektiv səyyar müasir incəsənət layihəsi CONEXUS-un bir hissəsidir. Braziliyada yaradılmış layihə, bu gün dünyanın hər yerində incəsənət vasitəsilə insanları birləşdirməyə, bütün mümkün yerlərdə azlıqlar üçün eyni zamanda incəsənət, təhsil, sevinc və vizual imkanlar gətirməyə çalışır. Belə əlaqələrdən rəssamlar bir araya gəlir, müasir incəsənət sərgiləri və çıxışlar baş verir, seminarlar hazırlanır. Son layihələr Braziliya, Hindistan, İtaliya, Livan və Qətərdə keçirilib.
Xahiş edirik CV-nizi, telefon nömrənizi və portfolionuzu 23 avqust tarixinə qədər artim@yarat.az ünvanına göndərəsiniz.
Əlavə suallar üçün, zəhmət olmasa artim@yarat.az e-poçtu və ya 012 505 1414 telefon nömrəsi ilə bizimlə əlaqə saxlayın.
Tarix: 28 avqust – 1 sentyabr, 2017-ci il
Saat: 16:00 – 19:00
Məkan: YARAT Emalatxanaları
Ünvan: Akademik Həsən Əliyev küç.,1061, Nəsimi rayonu
Giriş qeydiyyat ilə