Ünvan
RƏNGKARLIQ MUZEYİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MUZEYİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
03 May 19
YARAT Müasir İncəsənət Məkanı tanınmış Latviya rəssamı İveta Vesenanenin “Müasir incəsənət zövqü. Kəhrəba sapların ehtizazı” adlı mühazirəsinə dəvət edir.
Mühazirədə İveta Vesenane Latviyada tekstil sənətinin indiki durumundan və son 100 il ərzində tarixi prosesləri və inkişafı haqqında bəhs edəcək. Rəssam dünyada tanınmış, məşhur Latviya tekstil üzrə rəssamlar haqqında da məlumat verəcək.
İveta Vesenane (d.1962, Riqa) Latviyanın tanınmış tekstil üzrə rəssamıdır. 1982-1988-ci illərdə Latviya Rəssamlıq Akademiyasında tekstil sənətini öyrənmişdir.
İveta Vesenane 1988-ci ildən etibarən azad sənətkar kimi fəaliyyət göstərir. O, bir çox beynəlxalq tekstil sənayesi sərgilərinin həm iştirakçısı, həm də təşkilatçısı olub. Son illər təşkil etdiyi sərgilər: “Kəhrəba nə düşünür?” (2013, Vaşinqton); “Həyətdə”, Margilan Şəhər Tarixi Muzeyi (Özbəkistan, 2016); “Ağ”, A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyi (Rusiya, 2016); “Kəhrəbanın sirləri”, Xin Dong Cheng Müasir İncəsənət Məkanı, (Pekin, Çin, 2018). Bu yaxınlarda İveta Vesenane II İpək Yolu Qadın İnnovasiya Dizayn müsabiqəsində üçüncü yeri qazanmışdır.
Rəssam haqqında daha ətraflı məlumat: www.gallery.lv/Vecenane/
Tədbir rus dilində keçiriləcək
Tarix: 3 may, 2019
Saat: 19:00
Məkan: Rəngkarlıq Muzeyi
Giriş sərbəstdir