Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
03 Mar 16
YARAT Müasir İncəsənət Məkanı 3 mart, 19:00-da Vüsalə Kərimovanın bütün çətinliklərə baxmayaraq, necə uğur əldə etdiyini bilmək üçün dəvət edirik.
Bu tədbir YARAT FreeStyle adlı açıq platforma çərçivəsində təşkil etmişdir.
Yaradıcı qruplar və fərdlər üçün meydan olmaq amalına xidmət edən YARAT FreeStyle, eləcə də öz təcrübələrini həyata keçirmək istəyən gənc aktyor və aktrisaların, rəqqas və rəqqasələrin, performans rəssamlarının, musiqiçilərin və digər sənətkarların üzünə açıqdır. Hər kəs öz layihəsi və ya ideyası ilə bizə müraciət edə bilər.
HUMAN Foundation – milliyyət, din və irqindən asılı olmayaraq insan birliyidir. Bu fondda hər kəs bilik, bacarıq, xeyirxahlıq, dəstək və sevgini sonsuz bölüşür. Hər birimiz fərqliyik, lakin bizi birləşdirən - İNSAN olmağımızdır!
YOU CAN layihəsi (#youcan) həyatın maneələrinə baxmayaraq, uğur qazanmış fiziki məhdudiyyətli insanların çıxışlarını təşkil edir. Layihənin məqsədi motivasiya və insanların istiqamətləndirilməsidir.
YOU CAN layihəsinin ilk iştirakçısı - Vüsalə Kərimovadır. O, 15 yaşında onurğa sütunundan aldığı travmadan sonra əlil arabası istifadəçisidir. Yeni həyatı: əlil arabasında idman reqsleri üzre Moskvada keçirilən "Qitələr Kuboku" yarışının 1-ci yer qalibi; Tayvanda "Open Taipei City Cup" yarışmasında bürünc mükafatçısı; Dünya Kuboku,dünya ve Avropa çempionatlarının iştirakçısı ve finalçısı ; Qılınc oynatma üzre Qadınlar arasında Azərbaycan ikincisi ve Beynəlxalq yarış iştirakçısı, gülle atıcılığı idman növleri; paraşütdən tullanma. Vüsalə Kərimova hazırda Asan Xidmet mərkəzinin əməkdaşı, "Əlil İdmançılara Dəstək İctimai Birliyi"-nin katibi, Moskva Dövlət Humanitar İqtisad Universitetinin Hüquq fakultəsinin tələbəsidir.
Tarix: 3 mart, 2015
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir