Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
29 Avq 18
YARAT Müasir İncəsənət Məkanı sizi “Özünü YARAT” layihəsinin növbəti tədbirinə dəvət edir. Beləliklə, avqustun 23-ü qonağımız “Nasaliani” brendinin yaradıcısı – Nəsrin Dadaşova olacaqdır.
Dəmiryolu Məktəbini bitirərək Qərb Universitetinin Regionşünaslıq fakultəsinə qəbul olunub. İkinci kursdan öz istəyi ilə imtina edərək yenidən hazırlaşmış və 2012-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul olunmuş və 4 illik Qrafik Dizayn təhsilini 2016-cı ildə müvəffəqiyyətlə başa vurmuşdur. 2014-cü ildə BEAT Group şirkətində fotoqraf-dizayner kimi fəaliyyətə başlayaraq elə həmin illərdə də “Nasaliani” brendinin əsasını qoymuşdur.
Tarix: 29 avqust, 2018
Saat: 19:00
Məkan: YARAT Mərkəzi