22 Dek - 03 May 17
YARAT Müasir İncəsənət Məkanı RADIO VIDEO qrupunun canlı musiqi axşamını təqdim edir.
Tədbir YARAT FreeStyle adlı açıq platforma çərçivəsində təşkil etmişdir.
Yaradıcı qruplar və fərdlər üçün meydan olmaq amalına xidmət edən YARAT FreeStyle, eləcə də öz təcrübələrini həyata keçirmək istəyən gənc aktyor və aktrisaların, rəqqas və rəqqasələrin, performans rəssamlarının, musiqiçilərin və digər sənətkarların üzünə açıqdır. Hər kəs öz layihəsi və ya ideyası ilə bizə müraciət edə bilər.
RADIO VIDEO qrupu 2011-ci illərin ortalarında Bakı şəhərində yaradılıb. Qrupun adı isə yaradıcılıq prosesi zamanı qoyulub və yalnız kommersiya maraqlarını güdürdü. İlk öncə musiqiçilər özləri tərəfindən improvizasiya olunmuş məşhur trekləri ifa edirdilər, daha sonra repertuarlarına bəstələdikləri kompozisiyaları da daxil etdilər. Qrup öz musiqisində cavabsız qalmış məhəbbət mövzusunu və həyatın qeyri-müəyyən elementlərinin incə müşahidələrini birləşdirir. Repertuarlarında indi-rok, ambiens və hərdən rok kompozisiyalarına üstünlük verirlər.
Roman Şulqa – vokal, gitara
Mişel Hop – vokal
Zakir Qasımov – gitara
Dmitriy Tur – baraban, perkussiya
Andrey Kudinov – bas-gitara
Tarix: 22 dekabr, 2016
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir