Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
20 Dek 17
YARAT Freestyle Sizi “Yaşamaq sənəti” Beynəlxalq fondunun tanınmış qurusu Svami Cotirmayanın mühazirəsinə dəvət edir.
Mühazirənin mövzusu: Meditasiyaya qərq olmaq.
Təşkilatçı: Yaşamaq sənəti Beynəlxalq fondu (The Art of Living Foundation).
Tədbir ingilis dilində Azərbaycan dilinə sinxron tərcümə ilə keçiriləcək.
DİQQƏT: YERLƏR MƏHDUD OLDUĞU ÜÇÜN ÖNCƏDƏN QEYDİYYAT VACİBDİR!
MÜHAZİRƏYƏ YAZILMAQ ÜÇÜN: +994125051414 / +994502469292
Svami Cotirmaya (Hindistan) məşhur quru Şri Şri Ravi Şankarın ilk şagirdlərindən biridir. “Yaşamaq sənəti” Beynəlxalq fondunun müəllimi olaraq o, stressdən azad cəmiyyət qurmaq məqsədilə bütün dünyanı səyahət edir.
Svami Cotirmaya 40-dan çox Avropa ölkəsini, həmçinin Uzaq, Orta və Yaxın Asiya ölkələrini səyahət edərək, qədim Hind müdrikliyinə əsaslanan, insanlara öz bədənləri, nəfəsləri və ağılları ilə düzgün davranmağı öyrədən "Xoşbəxtlik", "Sükut sənəti", "Sağlamlıq və xoşbəxtlik üçün yoqa və müdriklik", "Meditasiya sənəti" kimi müxtəlif kurslar keçirib.
O, “Yaşamaq sənəti” fondunu Dünya İqtisadiyyatı Forumunda (2012) və Dünya Mədəniyyətləri Festivalında (2011) təmsil edərək, NATO, YUNESKO və BMT-nin nümayəndələri ilə görüşlər keçirmişdir. 2016-cı ildə isə Bakı Beynəlxalq Humanitar Forumunda fondun təmsilçisi kimi iştirak etmişdir.
Svami Cotirmaya öz müdrikliyi, təmkinliyi ilə ətrafını işıqlandıran müsbət enerjisini bizimlə bölüşmək və bizi ruhlandırmaq üçün təşrif buyurur!
Tarix: 20 dekabr, 2017
Saat: 19:00-da
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (2-ci mərtəbə, çoxtəyinatlı zal)