İyul 2024

ÖZÜNÜ KƏŞF ET: USTAD DƏRSLƏRİ / İYUL PROQRAMI

03 İyl - 31 İyl 24

“Azadlığa monument” qrup sərgisi çərçivəsində böyüklər üçün “Özünü kəşf et” ustad dərslərinin iyul proqramını təqdim edirik.


3 iyul

Mövzu: Xaosun cazibəsi

Tyutor: Rəşad Babayev


İştirakçılar qarışıq texnika üslubunu təcrübədən keçirəcəklər.


Hər bir iştirakçı kətan üzərində akril və yağlı  boyarlarla, həmçinin boya sprey ilə rəsm çəkməklə öz yaradıcılığını üzə çıxaracaq və bədii təxəyyülünü inkişaf etdirmək imkanı əldə edəcək.


10 iyul

Mövzu: Bədii iz

Tyutor: Gülnarə Ələkbərli


Ustad dərsinin iştirakçıları öncə linoqravüra texnikası ilə tanış olacaqlar, daha sonra linoleum səthində öz unikal kompozisiyasını kəsərək, onu kağız üzərinə köçürəcəklər.


17 iyul

Mövzu: Özündə şahidi kəşf et

Tyutor: Teymur Daimi


Ustad dərsinin iştirakçıları akril boya və yağlı pastel vasitəsi ilə daxili dünyalarını ifadə edən əsərlər çəkəcəklər.


24 iyul

Mövzu: Təbiət

Tyutor: Gülarə İsrafilova


İştirakçılar təbiət və ekologiya mövzusunda kətan üzərində akril boyalarla əsərlər yaradacaqlar.


31 iyul

Mövzu: Heykəltəraşlıqla tanışlıq

Tyutor: Teymur Rüstəmov

İştirakçılar heykəltəraşlığın əsas prinsipləri ilə tanış olub, gildən əsərlər hazırlayacaqlar.


Yaş məhdudiyyəti: 16+

Saat: 19:00

Məkan: XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi


Qeydiyyat üçün: 050 251 41 15

(Qeydiyyat: çərşənbə axşamı – bazar, 12:00-18:00)

Yüklənir