May 2018

YARAT FRIENDS ÜZVLƏRİ ÜÇÜN: HEYDƏR ƏLİYEV MƏRKƏZİNƏ SƏFƏR

16 May 18

YARAT Friends platforması üzvlər üçün Heydər Əliyev Mərkəzinə səfərə dəvət edir.


Bidliyiniz kimi platformamızın əsas tədbirlərindən biri muzeylərə və incəsənət məkanlarına xüsusi səfərlərdi.Bu dəfə isə biz yolumuzu böyük uğurlara imza atan – Heydər Əliyev adına Mədəniyyət Mərkəzinə tuturuq.

Londonun Dizayn Muzeyi tərəfindən təsis edilən "İlin Ən Yaxşı Dizaynı" mükafatına layiq görülüb və münsiflər heyətindən biri dediyi kimi: “Bir dizaynerin karyerasının zirvəsində yaranan nəfis gözəl binadır. Marilyn Monrounun külək qaldırdığı yubkası kimi günahsızdır”.

İçəridən isə, Mərkəzin daimi və müvəqqəti kolleksiyaları, yəni “Azərbaycanın şah əsərləri”, “Mini Azərbaycan”, eləcə də tanınmış xarici rəssamların ekspozisiyaları ilə tanış olacağıq.


Tarix: May 16, 2018

Saat: 19:00

Məkan: Heydər Əliyev Mərkəzi

Giriş yalnız YARAT Friends üzvləri üçündür

Yüklənir