Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
14 Okt 22
YARAT Müasir İncəsənət Məkanı sizi, alman yazıçısı, jurnalist, Tbilisi Höte İnstitutunun sabiq direktoru Stefan Vakvitsın mühazirəsinə dəvət edir.
Tədbirdə Stefan Vakvits kuratoru olduğu “Muzey zaman maşını kimi” (“Zeitmaschine Museum”) layihəsinə əsaslanaraq muzey anlayışının müasir postsovet cəmiyyətindəki təsir və rolundan bəhs edəcək. Həmin layihə 2012-2014-cü illərdə Höte İnstitutu tərəfindən müxtəlif postsovet bölgələrində (Moskva, Sankt-Peterburq, Novosibirsk, Kiyev, Minsk, Daşkənd, Almatı, Tbilisi, Bakı) təşkil olunmuşdur. Həmçinin o, müxtəlif ölkələrdə baş verən hadisələr haqqında danışacaq, qabaqcıl təcrübələrdən, bilik mübadiləsi və eksperimental layihələrdən xəbər verəcək.
Dil: İngilis
Azərbaycan dilinə sinxron tərcümə ilə
Tarix: 14 oktyabr, 2022
Saat: 19:00
Məkan: YARAT Mərkəzi (2-ci mərtəbə)
Giriş onlayn qeydiyyatladır: https://bit.ly/3yuasXG
COVID pasportun təqdimi mütləqdir
Əlavə məlumat üçün: +99450 246 92 92