13 Fev 17
YARAT Müasir İncəsənət Məkanı sizi Faiq Əhmədin “Nə var, odur” sərgisinin “Hamı üçün incəsənət” adlı bağlanış tədbirinə dəvət edir.
Siz fikir və yaranmış təəssüratlar haqqında mübadilədə iştirak edəcəksiniz, həmçinin sərgilənən incəsənət nümunələrini rəssamın imzası ilə əldə edə biləcəksiniz.
Tədbir zamanı rəssamla görüş və sərgi ilə bağlı yekun müzakirə keçiriləcək.
Tarix: 13 fevral, 2017
Vaxt: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Səbayıl rayonu, Bayıl (Dövlət Bayrağı Meydanına yaxın)
Giriş sərbəstdir