Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
12 Yan 16
YARAT Müasir İncəsənət Mərkəzi böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir. 12 yanvar 2016-cı il tarixində rejissor Oskar Ruiz Navianın “Göbələklər” (“Los Hongos”) adlı qısametrajlı filmini təqdim edirik.
Los Hongos / 2014 / Kolumbiya / 103 dəq. / drama / rəngli
Ərəb Baharı zamanı küçə rəssamları Ras və Kəlvin nümayişçi-tələbələrin xatirəsinə həsr olunmuş əsər yaratmaq məqsədilə digər qrafiti-rəssamlarla birləşib dəstə təşkil edirlər...
Oskar Ruiz Navia – kinorejissor və prodüser, “Contravia-Films” kinostudiyasının təsisçisidir. “Əkin” (“Siembra”, 2015), “Göbələklər”(“Los Hongos”, 2014), “Solesito” (“Solecito”, 2013), “La Sirga” (“La Sirga”, 2012) və “Yengəc tələsi” (“El vuelco del cangrejo”, 2009) kimi filmləri ilə ad qazanmışdır.
O, müasir Kolumbiya kinosunun ən görkəmli nümayəndələrindəndir. Onun kinorejissor və prodüser kimi ərsəyə gətirdiyi filmlər vətənində də, xaricdə də nümayiş etdirilir. Həmçinin qeyd olunsun ki, onun filmləri Kann, Berlin, Toronto, Lokarno, San-Sebastyan və Rotterdam kinofestivalları kimi böyük festivallarda fərqlənmişdir.
Filmlər ispan dilində nümayiş etdiriləcək, ingiliscə alt-yazıları olacaq
18 +
Tarix: 12 yanvar, 2016
Saat: 19.00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir