01 İyl 17
Dünyanın 120 ölkəsində və 30 ildir ki, Fransada ənənəvi olaraq qeyd edilən Musiqi Bayramı yenidən Bakıda! Peşəkar və professional musiqiçilərin, musiqisevər publikanın küçələrə axışdığı, şən və bayram ab-havasında keçirilən bu Musiqi Bayramı təmənnasız olaraq hər kəs üçün eləcə də ifa olunma tərzindən asılı olmayaraq bütün musiqi janrlarına açıqdır.
Sizi, şənbə günü, 1 iyul 2017-ci il, Azərbaycandakı Fransız İnstitutu, Fransanın Azərbaycandakı Səfirliyi, YARAT Müasir İncəsənət Mərkəzi, Paris Bistro, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Hard Rock Cafe və Milli Turizm Təbliğat Bürosunun tərəfdaşlığı ilə Bakının müxtəlif yerlərində keçirilən musiqi tədbirlərinə dəvət edirik.
– Əli İbrahimzadə (guitar)
– Albina
– Ahmedowsky trio
– Babək Əhmədowsky (guitare/synth), Xudayat Əhməd (drum/percussion), Muhammad Latifli (bass/synth)
– Milan Məmmədov
– Les Gardiens du Silence: Ilhama Babayeva, Kitaru Lina Ochimara (voix/harmonium), Viacheslav Lizunov (al ud/guitar), Khayal Nityananda (mridanga)
– Todo Band: Tahmina Vekilova (vocal), Elnur Fettahov (guitar), Orxan Kerimli (guitar, chorus), Huseyn Ali (basse), Zaur Ali (synth), Rza Jamal (Cajo)
– Radio & Video band: Roman Shulga (guitar, vocals), Michelle Hope (vocals), Zakir Qasimov (guitar), Dmitri Tur (drum/percussion), Andrey Kudinov (bass)
Tarix: İyul 1, 2017
Giriş sərbəstdir