Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
01 Apr 18
Martın 27-də “YARAT” Müasir İncəsənət Mərkəzində tanınmış azərbaycanlı rəssam Aida Mahmudova və italiyalı fırça ustası Mikelancelo Pistolettonun seçilmiş əsərlərindən ibarət sərgi açılıb.
“YARAT” Müasir İncəsənət Mərkəzində “Təsəvvür edilməyən perspektivlər” və “Et bunu” adlı sərgi haqqında məlumat verən kurator Suada Qarayeva-Maleki belə bir işin ərsəyə gəlməsini yüksək qiymətləndirib.
Qeyd olunub ki, rəssam Aida Mahmudova yeni yaradıcılığında, “eksperiment üçün alət” qismində müxtəlif materialları araşdırır. Kağız, gil, sement, daş və ilk dəfə olaraq, məhz bu sərgi üçün mərmər kimi müxtəlif materialları qarışdırmaq, dağıtmaq, yenidən yaratmaq, müxtəlif laylar qurmaq və onları bir-birindən ayırmaq prosesi, rəssam üçün materialın “inkişafı”, habelə “emosional müalicə” baxımından müəyyən mənada məşğələ rolunu oynayır. Aida Mahmudova, sərgi məkanının üst mərtəbəsi boyunca büsbütün yeni yaradıcılıq konsepsiyasını ərsəyə gətirib. Dağılan sütunları xatırladan heykəllər və monumental divar əsərlərinin yer aldığı ümumi instalyasiya, yarımdağılı və yarımtikili, digər sözlə, “keçid mərhələsində” olan məkan hissini oyadır və yaradıcılığın əhəmiyyətli mərhələsi kimi entropiyanın (xaotiklik dərəcəsi) vacibliyini vurğulayır. Bu proses, rəssam üçün “hər şey” deməkdir və rəssamın orijinal fakturalı əsərləri, onun şəxsi zaman-məkan kontinuumunda əlahiddə məqamları açıqlayan hər bir lay, yaddaş əlamətləri qismində çıxış edir.