CALL FOR APPLICATIONS FOR A RESIDENCY GRANT

10 May - 03 İyn 18

REZİDENTURA QRANTINA DAİR MÜSABİQƏ / ƏRİZƏLƏRİN QƏBULU

at UNIDEE – University of Ideas

Cittadellarte – Fondazione Pistoletto, Biella, Italy

Rezidentura müddəti: 17 sentyabr – 17 noyabr 2018-ci il


Cittadellarte–Fondazione Pistoletto fondunun UNIDEE–University of Ideas (İdeyalar Universiteti) (http://www.cittadellarte.it/unidee) layihəsi, subordinasiya münasibətləri deyil, daha çox qarşılıqlı əlaqələr, fikir mübadilələri və qarşılıqlı fəaliyyətlər vasitəsilə tənqidi nəzəriyyə, aktivizm və yaradıcılıq bilikləri sahəsində təcrübə qazanmağın digər yollarına əsaslanan təhsil modelini təklif edir. 

Hər həftə, peşəkar müəllimlərin və dəvət olunmuş mütəxəssislərin iştirakı ilə “Cittadellarte” ərazisində laboratoriya və ya seminar modulları keçiriləcək. Burada dünyanın hər bir yerindən gələn, həmişə fərqli olan iştirakçılar qrupu, müxtəlif təcrübələrdən başlayaraq, müxtəlif fənlər üzrə bir-birləri ilə tanış olaraq, incəsənət və ictimaiyyət arasında dərin münasibətləri müzakirə etməklə və araşdırmaqla, bir-birləri ilə sıx qarşılıqlı fəaliyyət göstərir.UNIDEE – yaşadığımız sosial kontekstlərdə dəyişikliyə cavabdeh olan fəaliyyətlər və proseslərin təşkili üçün “artivatorları” və ya “müasir incəsənət agentlərini” maarifləndirmək məqsədilə, metodologiyalar, təcrübələr, incəsənət dilləri və aktivizm formalarından istifadə edən eksperimental məktəbdir.  

UNIDEE–University of Ideas strukturu incəsənət və ictimai sahə arasında münasibəti araşdıran üç fəaliyyət tipi vasitəsilə müəyyən edilir:

  • Cittadellarte-də hər həftə yer alan rezident modulları
  • Cittadellarte-də beynəlxalq rəssamlar üçün rezidentura proqramları
  • Cittadellarte-də “Birləşdirici rezidentura”

l. REZİDENTURA HAQQINDA

Rezidenturanın 2 aylıq (17 sentyabr - 17 noyabr 2018-ci il) təhsil proqramı, birgə fəaliyyət təcrübələri və cəmiyyətin sosial-siyasi transformasiyası arasındakı münasibətlərə əsaslanır.

 

YARAT Müasir İncəsənət Məkanı və CittadellarteFondazione Pistoletto Fondunun birgə təsis etdiyi 2 aylıq rezidentura proqramına aşağıdakılar daxildir:

  • Azərbaycandan İtaliyanın Biella şəhərinə səfər xərcləri (gediş-dönüş);
  • Viza xərcləri;
  • CittadellarteFondazione Pistoletto Fondunda 2 aylıq yaşayış (digər rezident ilə birgə, bir mənzildə, tək otaq; təmizlik xidmətləri, emalatxana ərazisi və emalatxana avadanlıqlarından birgə istifadə daxildir);
  • Sığorta (səfər sığortası və bədbəxt hadisələrə görə tibbi sığorta);
  • Ekspertlərin səfərləri, tanışlıq sessiyaları, institusional səfərlər, muzey və qalereyalara səfərlər, Şimali İtaliya bölgəsinə (Milan, Turin və Venesiya şəhərləri) səfərlər;
  • Yaradıcılıq, kommunikasiya və tərcümə üçün kiçik büdcə;
  • Gündəlik xərclər üçün kiçik büdcə (600€);
  • UNIDEE 2018 payız sessiyası çərçivəsində planlaşdırılmış iki həftəlik rezidentura modullarında iştirak.

lll. İŞTİRAK ÜÇÜN TƏLƏBLƏR

İştirak üçün aşağıdakılar tələb olunur (bütün şərtlərin yerinə yetirilməsi vacibdir)

  • Azərbaycan vətəndaşı olmaq
  • Hal-hazırda ölkədə yaşamaq
  • 1982-ci və ya ondan sonrakı illər təvəllüdlü olmaq
  • YARAT Müasir İncəsənət Məkanından xarici layihələr üçün bundan əvvəl qrantlar əldə etməmək
  • İngilis dilini sərbəst bilmək

NƏZƏRƏ ALIN Kİ, rezidentura tarixləri artıq müəyyən edilib və heç bir dəyişiklik olmayacaq. Əgər rəssam bu tarixlərdə iştirak üçün müqavilə imzalayarsa, onun iştirakı yalnız göstərilən tarixlərdə təmin ediləcək.


Müraciət üçün son tarix: Bazar günü, 3 iyun 2018-ci il.

Yalnız elektron müraciətlər qəbul ediləcək.


III. SEÇİM PROSEDURU

YARAT Müasir İncəsənət Məkanı namizədlərin ilkin siyahısını tərtib edəndən sonra, UNIDEE–University of Ideas-ın kuratorlar şurası bir nəfəri bu siyahıdan qalib qismində seçəcəkdir.

Yekun nəticələr Cümə axşamı, 28 iyun 2018-ci il tarixində dərc olunacaq.


lV. İŞTİRAK ÜÇÜN QAYDALAR

Zəhmət olmasa, iştirak üçün ərizənizi residencies@yarat.azünvanına göndərin. Məktubun mövzu (subject line) hissəsində “YARAT/UNIDEE ərizəçisi (ad və soyad)” qeyd edin (bir məktubda 8 MB göndərmək mümkündür; əgər göndərəcəyiniz məktubların sayı 1-dən çoxdursa, zəhmət olmasa, məktublarınızı YARAT/UNIDEE ərizəçisi (ad və soyad) 1-3/2- 3/3-3 və s. kimi qeyd edin.


Ərizələri residencies@yarat.az ünvanına göndərə bilərsiniz. Əlavə məlumat üçün: +99412 505 1414


Zəhmət olmasa, ərizə formasına aşağıdakı məlumatları daxil edin (yalnız ingilis dilində).

  • Ümumi məlumatlar.
  • Motivasiya məktubu, o cümlədən, xüsusi rezidentura üçün layihə təklifi (1000 sözə qədər). Təklifi yazarkən nəzərə alın ki, UNIDEE–University of Ideasproseslərə və araşdırmalara əsaslanan təcrübələrə önəm verir. Bu baxımdan, indiki zamanda ərizənizlə birgə təqdim etdiyiniz layihə, məcburi xarakter daşımır və aktual olduğu halda, rezidentura müddətində həyata keçirilə bilər.
  • Rəssamın bəyanatı
  • Tərcümeyi-hal (CV)
  • Portfolio (8 MB qədər) seçilmiş əsərlər / araşdırmalardan təsvirlər, mətnlər, audiofayllar və videolar və s.; (audio və video fayllar üçün yaxşı olar ki, linklər göstərilsin).
ƏRİZƏ FORMASINI YÜKLƏ
Yüklənir