YAY! QALEREYASI 'LES GENS D'UTERPAN' (FRANSA) RƏQS QRUPUNUN PERFOMANSINI TƏQDİM EDİR

22 Mar 15

YAY! Qalereyası 23 mart - 23 may 2014 tarixlərində fransa 'les gens d'Uterpan' rəqs qrupunun perfomans və video proyeksiyalar sərgisini təqdim edir.

VİDEO-ART VƏ X-EVENT 2.6 LE GOUT PERFORMANSI
Rəqqaslar sərbəst şəkildə müəyyən edilmiş müstəvi boyu addımlayır. Onlar bir-birilərinə və yaxud seyrçilərə tamamilə neytral, heç bir məna kəsb etməyən nəzərlər yetirir. Bütün performans boyu ifaçılar heç bir söz söyləməyərək, bir kimsə ilə göz-gözə gəlməyə cəhd etmədən yerdə əyləşir və yaxud uzanırlar. Bu ifa bir neçə saata qədər davam edə bilər.

Nümayiş təcrübəsini fərqləndirərək hər bir X-Event ifasının zaman çərçivəsi məzmun və rəqqasların canlı qüvvə kimi enerji potensialından asılı olaraq müəyyən edilir. 

Martın 23-dən etibarən Yay qalereyasında daha öncə Annie Vigier və Franck Apertet tərəfindən yaradılmış performansların videogörüntüləri nümayiş etdiriləcək.

Yüklənir