‘ARALIQ DƏNİZİ XƏZƏR DƏNİZİNƏ QARŞI’ KONFRANS VƏ KİTABIN TƏQDİMATI

23 Apr - 24 Apr 14

Hörmətli dostlar!

Bildirmək istəyirik ki, Bakı şəhərində 25 və 26 aprel 2014-cü il tarixləri arasında Xəzər və Aralıq dənizlərinin sahilyanı memarlığının təhlili haqqında konfrans keçiriləcək.

Konfrans Azərbaycan Dövlət Memarlıq və İnşaat və Alikante (Ispaniya) Universitetləri tərəfdaşlığı əsasında təşkil olunacaq. Tələbələr və mütəxəssislər tərəfindən birgə keçirilən tədqiqatlar əsasında, "Aralıq dənizi Xəzər dənizinə qarşı" adlı kitab işıq üzü görüb və konfrans çərcivəsində təqdim olunacaq. Texniki dəstək YARAT qeyri-kommersiya təşkilatı tərəfindən təşkil olunacaq.

Mühazirələr 25 və 26 aprel, saat 19:00-21:00 keçiriləcək.

Konfrans ÜNS teatrın zalında keçiriləcək. (Ünvan: Neftçilər prospekti 68).

Giriş sərbəstdir. 

APRIL 23, 2014

Yüklənir