FUTURE SHORTS /Spring Season / 2014

15 May - 16 May 14

FUTURE SHORTS
Yaz mövsümü 2014

15 may tarixində Bakıda dünyanın ən iri qısametrajlı film festivalının yeni Yaz toplusunun nümayişi baş tutacaq. 

Hal-hazırda festival 90 ölkə, 300 şəhər, 6 qitəni əhatə edərək 1 il ərzində bütün dünya boyu 1,400 nümayiş təklif edir. Mövcud olduğu 10 il ərzində festival Finlandiyadan tutmuş Meksikaya qədər böyük ərazidə kino pərəstişkarlarının rəğbətini qazanmışdır. Festival bütün dünya boyu peşəkarlar və debütantlara beynəlxalq kinematoqrafiya birliyinin bir hissəsinə çevrilməyə şərait yaradır. 

«Future Shorts” festivalının Yaz Mövsümü özündə 7 filmi birləşdirir. 

Əsas nümayişin başlanmasından öncə YARAT təşkilatının keçən il baş tutmuş eksperimental incəsənət layihəsi barədə video hesabatdan ibarət “Zavod” filmi nümayiş etdiriləcək. Həmin layihə çərçivəsində 26 gənc rəssam tərk edilmiş kondisioner zavodunun məkanının görkəmini dəyişdirən bir sıra instalyasiyalar yaratmışlar. 

Bundan əlavə, tamaşaçıları isti içkilər, hava şarları və bolluca xoş təəssürat gözləyir! 

Məkan: Yaşıl Teatr Konsert Kompleksi
Biletin qiyməti – 10 AZN-dır

Biletləri şəhərin kassalarından əldə edə bilərsiniz

Yüklənir