YARAT PRESENTS AZERBAIJAN ARTISTS AT GRID FESTIVAL IN AMSTERDAM

29 May - 30 May 14

GRID Beynəlxalq Fotoqrafiya Biennalesi 2014

MAY 21 - İYUN 12

AMSTERDAM

Açılış: MAY 21 / 17.00 - 19.00

VONDEL CSVONDELPARK 3, 1071 AA  

2014-cü ildə keçiriləcək GRIDBeynəlxalqFotoqrafiyaFestivalınınfəaliyyətistiqamətisayılan“ƏyalətiTikərkən” adlı üç Azərbaycanrəssamınınəsərlərinümayişolunacaqsərgibuilinmayayının 21-də Amsterdam şəhərində açılacaq. Bu il Festivalın əsas mövzusu tikinti olacaq. Qeyd olunan sərgi çərçivəsində rəssamlar gündəlik həyatımızda antropogen məkanın oynadığı rolu və həmin məkanda yaşayan sakinlərin mənliyinə təsirini aşkar etməyə çalışacaq.

GRİD iki ildə bir dəfə keçirilən və müasir vizual mədəniyyətinə həsr olunan beynəlxalq fotoqrafiya festivalıdır. Festivalda beynəlxalq miqyasda tanınmış rəssamların və gənc istedadların yaratdığı müxtəlif əsərləri nümayiş olunacaq. Sərgilərdən başqa, sərgi salonları və yaradıcı sahələr tərəfindən əlavə festivaldankənar “OFF GRİD Festival” proqram tədbirləri təşkil olunacaq. Festival çərçivəsində əlavə təhsil incəsənət layihələrin, mühazirələrin, məşğələlərin və müsabiqələrin təşkili də nəzərdə tutulub. 

Artıq altıncı dəfə keçiriləcək GRID Festivalında beynəlxalq yaradıcı səhnəni təmsil edən rəssamlar, o cümlədən müxtəlif incəsənət üslublarında işləyən üç Azərbaycan nümayəndəsi- Zamir Süleymanov, Emin Əzizbəyli və Nəzrin Məmmədova-iştirak edəcək. Azərbaycanda müasir incəsənətin inkişafı və yayılması, habelə ölkədə və xaricdə Azərbaycan incəsənətinin təmsil olunması ilə məşğul olan “YARAT” qeyri –kommersiya təşkilatı tərəfindən sifariş olunan bu sərginin kuratoru vəzifəsində xanım Suad Qarayeva çalışacaq. Bakı şəhərində yerləşən və Azərbaycan dilində adı “ƏRSƏYƏ GƏTİR” mənasını kəsb edən “YARAT” təşkilatı nizamnamə məqsədlərinə sərgilər, təhsil tədbirləri və festivallar vasitəsilə çatmağa çalışır. “YARAT” təşkilatı yerli və xarici rəssamlar, o cümlədən fondlar, sərgi salonları və muzeylər kimi incəsənət təsisatları arasında dialoqun qurulması və təcrübə mübadiləsinin təşkil olunması sahəsində fəaliyyət göstərir.

TARIX: 21 MAY – 12 İYUN 2014-CÜ İL

TƏDBİRİN AÇILIŞI: 21 MAY (SAAT 18:00-20:00) 

MAY 20, 2014

Yüklənir