YAY QALEREYASI LONDON START İNCƏSƏNƏT SƏRGİSİNDƏ

19 İyn 14

YAY Qalereyası Start İncəsənət

sərgisində iştirakını elan edir

26 > 29 iyun 2014

Saatchi Sərgi Salonu, London

Bakıda yerləşən “Yay” Sərgi Salonu “Prudential” fondunun təşkil etdiyi ilk “START Art” yarmarkasında iştirakını elan edir. Londonun “Saatchi” Sərgi Salonunda keçiriləcək yarmarka “Yay” Sərgi Salonunun Böyük Britaniyada təşkil olunan bu cür tədbirlərin birincisi olacaq.

Azərbaycan dilində “yaymaq” mənasını kəsb edən “Yay” Sərgi Salonu müasir incəsənət sahəsində fəaliyyət göstərən Azərbaycanın aparıcı qeyri-kommersiya təşkilatı “YARAT” tərəfindən təsis edilib. 2012-ci ildə “YARAT” Təşkilatının Qafqazda yerli müasir incəsənət infrastrukturun inkişafı ilə bağlı öhdəliklərin yerinə yetirilməsi nəticəsində təsis olunan “Yay” Sərgi Salonu incəsənət sahəsində beynəlxalq dialoqun təşkilini dəstəkləyir və əsərlərin satışından əldə olunan vəsaitləri rəssamlar arasında bölüşdürür.

“Saatchi” Sərgi Salonu və “Global Eye” Proqramının əməkdaşlığı nəticəsində ərsəyə gətirilən “START Art” yarmarkası beynəlxalq səviyyədə gənc rəssamların dəstəklənməsi ilə məşğuldur. Asiya, Avropa, Böyük Britaniya və ABŞ-dan bir çox sərgi salonlarının nümayəndələrini bir yerdə toplayan “START Art” yaramarkası “Yay” Sərgi Salonu üçün mükəmməl inkişaf məkanı ola bilər.

Tarix:                                   

26 - 29 iyun 2014-cü il

Ünvan:                                

“Saatchi” Sərgi Salonu, York Hersoqunun Malikanəsi, Kinqsroud,  London, SW3 4RY

www.startartfair.com

Tədbirin təşkil olunma vaxtı:

Çərşənbə 25 iyun 2014-cü il

Mətbuat üçün təqdimat (yalnız akkreditasiya olunmuş jurnalistlər iştirak edə bilər)

Cümə Axşamı 26 iyun 2014: 10:00 – 21:00

Cümə 27 iyun  2014: 10:00 – 18:00

Şənbə 28 iyun  2014: 10:00 – 20:00

Bazar 29 iyun  2014: 10:00 – 18:00

Ödəniş:                              

Birbaşa yerində ödəniş:              
20.00 funt – böyüklər üçün bir günlük bilet 
17.50 funt – 65 yaşdan yuxarı şəxslər üçün bir günlük bilet 

Əvvəlcədən qeydiyyatla:

17.50 funt - böyüklər üçün bir günlük bilet   

15.00 funt- 65 yaşdan yuxarı şəxslər üçün bir günlük bilet 

16 yaşadək tamaşaçılar üçün giriş pulsuzdur

Nə cür çatmaq olar:      

Sloun Meydanı və ya “Viktoriya” Metro Stansiyasından

Yüklənir