YAY QALEREYASI MAHMUD BAXŞININ FƏRDİ SƏRGİSİNİ TƏQDİM EDİR

30 May - 30 İyl 14

TalkCloud

Mahmud Baxşinin fərdi sərgisi

30 may - 30 iyul 2014-cü il

Bu ilin May ayında Bakıda yerləşən “YAY”sərgi salonunda konseptual İran rəssamı cənab Mahmud Bəxşinin fərdi sərgisi açılacaq. Həmin sərginin kurasiyasını Londonda yaşayıb yaradıcılıq fəaliyyəti ilə məşğul olan incəsənətşünas, incəsənət nəzəriyyəçisi və kurator xanım Darya Kirsanova həyata keçirəcək.

“TalkCloud” adlı sərgi Bakının tarixi mərkəzində yerləşən “YAY” Sərgi Salonunda təşkil olunacaq.

2012-ci ilin sentyabr ayında təsis olunan “YAY” Sərgi Salonu müasir Azərbaycan incəsənətinin  yerli və beynəlxalq səviyyədə dəstəklənməsi və inkişaf etdirilməsi üzrə “YARAT” Müasir İncəsənət təşkilatının daha geniş fəaliyyət təşəbbüsünün bir hissəsidir. Sərgi Salonu kommersiya-əsaslı lakin mənfəəti əldə etmək məqsədini güdməyən təşkilat sayılır. Incəsənət əsərlərinin satışından əldə olunan bütün gəlirlər “YARAT” Müasir İncəsənət Təşkilatının təşəbbüslərinin dəstəklənməsi və rəssamların təminatı üçün istifadə olunur.

Rəssam Mahmud Bəxşi öz əsərlərini 1979-cu ildə baş vermiş İran İslam İnqlabından sonra ölkədə geniş vüsət almış vizual estetika üslubunda yaradır. Iran İslam Respublikasının rəmzlərini keyfiyyətcə yeni kontekstə salaraq, o, İran tarixində baş vermiş son olaylar haqqında dərin fikirləşir və həmin hadisələri İran mənliyinin mühitinə uyğunlaşdırmaq məqsədilə qədimdən məlum olan tarixi və ənənəvi nümunələri nümayiş edir.

Ünvan: İçəri Şəhər, Kiçik Qala döngəsi 5

(Əliağa Vahid heykəlinə yaxın)

İş saatları: 12:00 > 20:00 (Qeyri iş günü: Bazar Ertəsi)

Telefon: 012 505 2323

E-mail: info@yaygallery.com

Yüklənir