Faİq Əhmədİn Cvadro Qalereyasında fərdİ sərgisİ, Dubay, BƏƏ

14 Sen - 30 Okt 14

Azərbaycanın kilim və xalçalarından ibarət olan neon heykəllər sanki toxunmuş yun hovuzunda yayılır. Faiq Əhmədin əsərlərindən ibarət “Duru Fromalar”sərgisi Cuadro Qalereyasında nümayiş olunacaqdır. 

Cuadro Qalereyası, Dubay, BƏƏ

16 sentyabr > 30 noyabr 2014

Faiq Əhməd ənənəvi  saplardan istifadə edərək adi Yaxın Şərq xalçalarını yenidən icad edir və mənalandırır.  Rəssam xalçanın ən əsas komponentlərindən, ziddiyyətlərin açılışından, yun saplardan və ərəb çalarlarından istifadə edərək bizim qavrayışımız üçün mədəni ikonalara elastiklik bəxş edir. Azərbaycan rəssamı, Viktoriya və Albert Muzeyinin Üçüncü  Camil Mükafatının nominantı  qarşıdan gələn “Duru Formalar” adlı fərdi sərgisində, Cuadro Qalereyası ilə bu il rezident proqramı dövründə yaratdığı yeni əsərlərini təqdim edəcək.

Əhmədin əsərləri özündə neon həndəsi formalara keçid alan və saplardan yaradılmış heykəllər  ilə bağlı olan əl işi xalçalardır. Rəssamın optik illüziya imzası xalça çərçivəsindən kənara çıxır - belə ki, adi xalça yarıdan başlayaraq döşəmə üzərində sanki toxunmuş yun hovuzunda yayılırmış kimi axmağa başlayır.


CUADRO REZİDENSİYASI HAQQINDA

“Cuadro” qalereyasının  3 aylıq rezident proqramı yerli və beynəlxalq rəssamlar qrupunu seçərək, onların təcrübəsini genişləndirmək məqsədilə yaşayış və emalatxana ilə təmin edir. “Cuadro” karyera nəaliyyətləri və sərgi keçirmək imkanları yaradaraq öz yaradıcı və peşəkar tələbatlarının ödənilməsi üçün rəssamlarla əməkdaşlıq edir.


CUADRO QALEREYASI HAQQINDA

2008-ci ildə yaradılan “Cuadro” Qalereyası Dubayda, Beynəlxalq Maaliyə Mərkəzində yerləşir və tez bir zamanda BƏƏ-nin nümunəvi post – modern və müasir incəsnət məkanlarından birinə çevrilib. Cuadro qalereyası diqqət mərkəzində əsasən 4 sahəni saxlayır: sərgilər, təhsil, rezident proqramları və müşavirələr. “Cuadro”-nun kurasiyası altında həyata keçirilən sərgilər auditoriyanın müxtəlif yanaşmalı və təəsüratlı sənət izləmək imkanını yaradır. İnkişaf edən  incəsənət bazarınıda iştirak etmək və onu başa düşmək üçün  mühazirə, ustad dərslər, dəyirmi masalar təşkil edən  Cuadro Təhsil Proqramı bu sərgilərin yayımı ilə məşöul olur.

Cuadroda rezidensiya proqramı rəssamlara emalatxana məkanı, yaşayış, karyera nailiyyətləri və BƏƏ-də sərgi təşkil etmək imkanını təklif edir. Xarici və yerli rəssamlar “Cuadro”-da keçirilən resident proqramının sonunda yaratdığı əsərləri sərgiləmək imkanına malik olurlar. Cuadro eyni zamanda öz kolleksionerləri üçün incəsənət konsultasiyaları keçirir, mövcud kolleksiyaları tamamlayır və yenilərin yaradılmasına yardımçı olur. Bu təşəbbüslər vasitəsilə “Cuadro” Qalereyası dinamik şəkildə yerli və beynəlxalq incəsənət icmaları ilə mövcud olan işbirliyinə sadiq olduğunu təsdiqləyir. 


Sərginin keçirilmə vaxtı: 16 September > 30 November 2014.

Mətbuat ilə əlaqədar: Elvina Halli 

+971 4 425 0400, elvina@cuadroart.com

İşləmə vaxtı:
Bazar - Cümə Axşamı 10:00 - 20:00 
Şənbə 12:00 - 18:00 
(ya da əvvəlcə qeyd edilərək)

P.O. Box 506586, Dubay, BƏƏ 
Tel: +971 4 425 0400 
Fax: +971 4 425 0404 
Email: info@cuadroart.com

Yüklənir