YAY QALEREYASI PABLİK ART LAYİHƏSİ ÜZRƏ MÜSABİQƏ ELAN EDİR

12 Noy - 15 Yan 15

2014-cü ilin noyabr ayında YAY Qalereyası və Yarat Müasir İncəsənət Məkanı müasir incəsənətə dəstək ideyası çərçivəsində yeni “Şəhərin səsi” adlı beynəlxalq pablik-art layihəsinə start verir. Layihə YAY Qalereyasının qarşısında olan postament üçün publik art layihənin işlənməsinin açıq müsabiqəsidir. 


YAY Qalereyası böyük məmnuniyyətlə rəssamları, heykəltəraşları, memarları, dizaynerləri müsabiqədə iştirak etməyə dəvət edir. Art layihə qismində heykəl, instalyasiya, monumental qurğular, strit-art layihələri, o cümlədən işıq və digər effektlərin istifadəsilə ərsəyə gələn və ictimai yerlərdə nümayiş üçün nəzərdə tutulan eskizlər qəbul olunur.

Müsabiqənin konsepsiyasının tezisi  – “İnsanın daxili dünyasının müasir dünyanın xarici faktorları ilə toqquşması”dır. Müasir şəhər yaşayış üçün cəlbedici yerdir. Şəhərin məkanı müasir həyət tərzinin təcəssümü və bir növ, mücəssəsinə çevrilir. Əhalinin müxtəlif qatları öz maraqları, zövqləri və arzularına uyğun olaraq şəhər məkanının təşkilinə öz tələblərini irəli sürürlər.

Müasir dünyada insan böyük şəhərin artmış səs-küyü ilə artıq bacarmaq gücünə malik deyil. Hərəkətdə olan avtomobillərin gurultusu, bitməyən təmir işləri, çoxsaylı reklam aksiyaları, avtomobil siqnalizasiyasının dəhşətli səsi – bütün bunlar və bir çox başqa faktorlar, bir tərəfdən şəhər infrastrukturunun və cəmiyyətin bütövlükdə inkişafının ayrılmaz hissəsidir, lakin hər zaman “medalın əks tərəfi” də var ... İnsanın şəxsi məkanına bu səs-küy necə təsir edir? Pəncərələri bərk bağlayıb, pərdələri çəkmək, qulaqlara pambıq salmaq problemin həlli deyil.

Böyük şəhərin müasir sakini onu əhatə edən səs-küydən heç yerdə gizlənə bilmir. Fiziki məkan komfort, harmoniya hissinə, insanın ətrafındakılarla uyğunlaşmasına və ya əksinə özgəninkiləşməsinə gətirib çıxara bilər...


Müsabiqədə iştirak açıq və pulsuzdur.

*Ərizələr 15 yanvar 2015-ci il, saat 18:00-dək qəbul olunacaq.


Məlumat üçün: www.yaygallery.com və ya +99412 505 2323

Yüklənir