“HERE TODAY…” ("BURADA BUGÜN") ADLI LONDONDA BEYNƏLXALQ İNCƏSƏNƏT SƏRGİSİ

25 Noy - 17 Dek 14

 

“HERE TODAY…” ("BURADA BUGÜN") Beynəlxalq İncəsənət Sərgisi:

25 noyabr – 17 dekabr 2014

Londonun ürəyində yerləşən Köhnə Poçt binasında (the Old Sorting Office)25 noyabr 2014-cü il tarixindən başlayaraq möhtəşəm və bənzərsiz incəsənət sərgisini görmək olacaq. Bu sərgi Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi (IUCN) tərəfindən tərtib olunan Qırmızı Kitabın – məhvolma təhlükəsi altında olan heyvan və bitki növlərini əhatə edən siyahının 50-ci ildönümünə həsr olunur. “BU GÜN VAR...” (‘HERE TODAY…’) adlanan həmin sərgi IUCN Birliyinin və BAKU jurnalının birgə dəstəyi ilə təşkil olunubdur.


Sərginin təşkilatçılıq işləri “Artwise” beynəlxalq kuratorlar kollektivi tərəfindən həyata keçirilir. Xüsusi olaraq bu sərgi üçün interaktiv instalyasiyalar və rəssam məkanları sifariş olunmuşdu. Ən müxtəlif texnikalardan istifadə edən və bir çox ölkələri təmsil edən dünya şöhrətli rəssamların işləri də sərgidə yer almışdır. Köhnə Poçtun tamam başqa görkəmə salınmış zalları sərgiyə gələn ziyarətçiləri sanki səyahətə aparırlar. Təbiətin məhvolma təhlükəsi altında olan varlıqları barədə nigarançılığı və ətraf mühitə qayğı həvəsini əks etdirən əsərlərini sərgiyə təqdim edən sənətkarlar arasında Corc Kondo, Treysi Emin, Əndi Varhol, Geyvin Türk, Piter Bleyk, United Visual Artists, Duqlas Qordon, Osvaldo Masia, Culian Opi, Marko Mori, Karsten Höller, Dayana Tater, başqa rəssamlar da vardırlar.

“Bu gün var, sabah yoxdur”(‘Here today, gone tomorrow’) ifadəsi az-ömürlü, keçici bir şey haqqında bəhs edəndə tez-tez işlənir. Planetimizin portretini təqdim edən bənzərsiz “BU GÜN VAR...” sərgisində canlıların səsləri, təbiət səsləri, müxtəlif canlıların gözündə dünyanın necə göründüyü, hətta qoxular belə nümayiş etdiriləcək. Bütün bunları öz əsərlərində əks etdirən – diqqətimizi hər kəsdən ötrü mühüm olan qlobal məsələlərə çəkmək üçün dünyanın hər yerindən yığışıb bir araya gələn müasir rəssamlardır.

Sərgiyə daxil olan kimi, seyrçilər unikal səyahətə başlayırlar: Yer üzündəki bioloji növlərin getdikcə daha sürətli azalmasını, bəşər oğlunun planetimizin təbiətinə necə qənim kəsildiyini araşdırırlar.

Sərginin məqsədi – ictimaiyyətə ekoloji sistemlərimizin çox həssas olduğunu, təbiətə qarşı məsuliyyətli davranışın zərurətini göstərməklə IUCN Birliyinə ianə vəsaitlərinin cəlb edilməsidir.

IUCN Birliyi ətraf mühitin qorunması sahəsində dünyanın ən böyük və ən nüfuzlu qurumlarından biridir: birliyin1200-dən çox üzvü (dövlət orqanları və qeyri-dövlət təşkilatları), 160-a qədər ölkəni təmsil edən 11000 nəfərə yaxın könüllü ekspertləri vardır. Birlik, təbiətin mühafizəsi aləminə aid biliklərin, yeni-yeni faktların əsas mənbəyi olaraq, bu sahədə üzə çıxan ən kəskin problemlərin praktiki həllini tapmaqda mühüm rol oynayır. Birliyin Qırmızı Kitabı məhvolma təhlükəsi altında olan heyvan, bitki və göbələk növlərinin dünya üzrə ən dolğun siyahısıdır.

Sənət əsərlərinin nümayişindən başqa, sərgidə qəhvə guşəsi və eksklüziv malların satıldığı dükan da nəzərdə tutulub ki, Londonun mərkəzində yerləşən bu məkan rahat bir görüş yerinə çevrilsin. Burada dostlarla oturub söhbətləşmək, görkəmli rəssamlar, kuratorlar və ekspertlərinin keçirdiyi silsilə müzakirələrdə, praktiki məşğələlərdə iştirak etmək olacaq. 

Sərgi Londonda 25 noyabr – 17 dekabr 2014-cü il tarixlərində ziyarətçilərin üzünə açıq olacaq, ondan sonra dünyanın digər məşhur incəsənət mərkəzləri kimi tanınan paytaxt şəhərlərində də nümayiş etdiriləcək və nəhayət Bakıya gətirilərək, layihəsi memar Zaha Hadid tərəfindən işlənmiş Heydər Əliyev Mərkəzində sənətsevərlərə təqdim olunacaq. 


Redaktorların nəzərinə:

“Bu gün var…” ('Here Today…' ) sərgisinin təşkilatçılıq işlərini Londonda yerləşən “Artwise” kuratorlar kollektivinin üzvləri Syuzi Allen, Laura Kulpan və Dea Vanagan “Baku” jurnalının dəstəyi ilə həyata keçirirlər.


“Bu gün var…” ('Here Today…' ) sərgisi Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi (IUCN) tərəfindən  tərtib olunan Qırmızı Kitabın – məhvolma təhlükəsi altında olan heyvan və bitki növlərini əhatə edən siyahının 50-ci ildönümünə həsr olunmuş və ilboyu davam edən beynəlxalq tədbirlərdən biridir. Invisible Dust və Monika Çanqın kuratorluğu ilə ətraf mühitin qorunması naminə  keçirilən Yerin Bioloji Aləmini Sevənlərin “Sinxronluq” Balı (Synchronicity Earth's Biophilia Ball) da qeyd olunan yubiley tədbirlərindəndir.


Daha ətraflı məlumat üçün bu veb-sayta daxil ola bilərsiniz: www.heretoday.org


Mətbuat sorğularını və müsahibə almaq müraciətlərini ünvanlamaq üçün əlaqə saxlaya bilərsiniz:

Stefani De Vos ; Stephanie.devos@freuds.com ; +44 2030036414; 


Sənət əsərləri barədə müraciətləri bu ünvanlara göndərə bilərsiniz:

laura@artwisecurators.com və ya dea@artwisecurators.com


Sərgi barədə məlumat:

Sərginin tarixləri:    25 noyabr – 17 dekabr 2014-cü il

Ünvan:                     London WC1, New Oxford Street 21-33,Köhnə Poçt (The Old Sorting Office) 

İş vaxtı:                    Bazar Ertəsi  – Çərşənbə: 11.00-19.00
                                 Cümə Axşamı – Cümə: 11.00-20.00
                                 Şənbə– Bazar: 11.00-18.00.

Giriş:                        Hər yaş üçün pulsuzdur


BU GÜN VAR… (HERE TODAY…) sərgisində iştirak edən rəssamların siyahısı*:

Ackroyd and Harvey (UK); Rəşad Ələkbərov (AZ); Leyla Əliyeva (AZ); Ser Piter Bleyk (UK); Verner Büttner (GR); Codi Karey (UK); Qordon Çünq (UK); Xəlil Çişti (PK); Corc Kondo (USA);  Toni Kreq (UK); Sübhan Deyvis (UK); Treysi Emin (UK); Dominik Harris (UK); Karsten Höller (BEL); Abigeyl Fallis (UK); Nikolas Feldmeyer (CH); Laura Ford (UK); Duqlas Qordon (UK); Kris Cordan (USA); Mət Kemp (UK); Osvaldo Masia (CO); Alaster Maki (UK); Mackie (UK); Mari Mahr (CL/UK); Aida Mahmudova (AZ); Mohau Modisakenq (ZA); Mariko Mori (JP); Sayyora Muin (UZ); Cakko Olivier (NL); Culian Opi (UK); Culian Perri (UK); Mayk Perri (UK); Bharti Kher (IN); Stefani Kueyl (UK); Fiona Rae (UK); Fərid Rəsulov (AZ); Devid Riçard (NZ); Grəhəm Stivens (UK); Pərviz Tanavoli (IR); Dayana Tater (USA); Troika (UK);  GeyvinTürk (UK); United Visual Artists (UK); Əndi Varhol (USA); Hyuqo Vilson (UK); Zoe Walker & Neil Bromwich (UK)

*Bu siyahıya dəyişikliklər edilmiş ola bilər

Yüklənir