AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

16 Okt - 24 Okt 21

Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


16 oktyabr 2021, 14:00


YARAT Müasir İncəsənət Məkanı qürur hissi ilə YARAT-ın direktoru Emil Topçiyevi Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə əsasən Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunması münasibəti ilə təbrik edir.


YARATın rəssamları Rəşad Ələkbərov və Faiq Əhmədi Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə əsasən Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Əməkdar rəssam fəxri adları verilməsinə görə təbrik edirik.


Həmçinin YARATın sərgi və layihələrində iştirak edən rəssam Eldar Qurbanovu Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə əsasən Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə, heykəltəraş Hüseyn Haqverdiyev və Eliyar Əlimirzoyevə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə əsasən Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Xalq rəssamı fəxri adlarının verilməsinə görə təbrik edirik.

https://president.az/articles/53498

https://president.az/articles/53497

Yüklənir