BRITISH COUNCIL – CREATIVE SPARK YENİ BUMERANQ LAYİHƏSİNİ ELAN ETDİ

27 Fev - 27 Mar 19

"Bumeranq” – Böyük Britaniya və Azərbaycan universitetləri arasında yeni əməkdaşlıq layihəsidir. Gradcore təşkilatı British Council Creative Spark proqramı çərçivəsində Böyük Britaniya və Azərbaycanda universitetləri birləşdirən yeni beynəlxalq tərəfdaşlıq layihəsini elan etməkdən məmnunluq duyur.


“Gradscore və London İncəsənət Universiteti (UAL) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univerisiteti və YARAT Müasir İncəsənət Məkanı arasında tərəfdaşlıq əlaqələrini “Bumeranq” layihəsi formalaşdıracaq. Layihə çərçivəsində London və Bakıda təhsil alan tələbələr ərizə formaları ilə müraciət edərək, həmin şəhərlərə səyahət etmək şansı qazanacaqlar. Bu səyahətdə onlar mədəniyyət və sahibkarlıq təcrübəsi əldə edərək, öz ölkələrinə qayıdıb yeni biznes və incəsənət layihələrində tətbiq edə biləcəklər.

Bu tərəfdaşlıq London və Bakının qabaqcıl mədəniyyət və incəsənət təhsil müəssisələrinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin həmçinin “Gradscore” sosial mərkəzi və YARAT Müasir İncəsənət Məkanının dəstəyi ilə həyata keçirilir. Tərəfdaş olaraq, biz daha çox tələbələr və məzunların yaradıcılıq və sahibkarlıq bacarıqlarını inkişafına yönəlmiş, eləcə də hərtərəfli mədəni əlaqələrin qurulmasında maraqlıyıq. Layihə yalnız gələn il üçün deyil, habelə Böyük Britaniya və Azərbaycan arasında uzunmüddətli və davamlı əlaqələrin qurulmasını nəzərdə tutub. Namizədlərin seçilməsi üçün 5 sahibkarlıq meyarlarını dəyərləndirən model düşünülüb. Hər iki ölkədən tələbələr rəqəmsal ərizə forması dolduraraq, onlayn video müsahibə keçəcəklər. Bütün ərizəçilərə onların bacarıqları ilə bağlı rəy bildiriləcək və onlar British Council English Channel tərəfindən əlavə olaraq dəstəklənəcək. 

Bu layihənin bir sıra mühüm strateji faydaları olacaqdır:

  • Böyük Britaniyavə Azərbaycanın qabaqcıl mədəniyyət və incəsənət universitetləri arasında yeni əməkdaşlığınqurulması
  • Tələbə və məzunların yaradıcılıq və sahibkarlıq qabiliyyətlərinin inkişafına dəstək
  • Əsas iştirakçıları sosial təsiri olan yeni, yaradıcı təşəbbüslərin irəli sürülməsinə təşviq etmək
  • Bütün iştirakçıları öz ölkələrinin müxtəliflik və sosial inteqrasiya problemləri ilə tanış etmək və bu problemlərin bəzilərinə müsbət təsir göstərmək üçün yaradıcılıqlarından istifadə etməyə təşviq etmək·       

Britaniya və Azərbaycan tələbələrinə yaradıcı mühitlərə dair məlumatların verilməsi Tərəfdaşları layihə ilə əlaqədar aşağıdakı şərhləri ediblər:
Gradcore: “Gradcore British Council-in Azərbaycan və Böyük Britaniya tərəfdaşları ilə birgə həyata keçirdiyi bu maraqlı və möhtəşəm layihənin aparıcı təşkilatçısı olmaqdan məmnunluq duyur. “Bumeranq” müxtəlif ölkələrdən olan tələbə və məzunların mobilliyini artıran, onlara, universitetlər və yaradıcı təşkilatlara öz geniş təsirini göstərən bir layihə olaraq düşünülüb. Təşkilat olaraq biz məzunların işə götürülməsi məsələsinə baxışı kökündən dəyişməyə həvəsliyik və bu layihə ilə köklü dəyişikliklərə nail olacağımıza inanırıq.”  
Martin Edmondson – “Gradcore” direktoru 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti:
“Biz “Creative Spark” proqramının bir hissəsi olmaqdan və dünyanın ən nüfuzlu sənət və dizayn universitetlərindən biri olan London İncəsənət Universiteti ilə əməkdaşlıq etməkdən məmnunluq duyuruq. Tələbə mübadiləsi sayəsində onlar tərəfdaş ölkənin mədəniyyəti ilə yaxından tanış olaraq, ustad dərslərinə və mühazirələrə qatılacaq, ingilis dili biliklərini inkişaf etdirib, öz ilkin ideyalarını layihə formasında tətbiq etməyi öyrənəcəklər.”
Ceyran Mahmudova – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru 

YARAT Müasir İncəsənət Məkanı:
YARAT bədii təcrübə və təhsillə bağlılıq missiyasına sadiq qaldığını bir daha nümayiş etdirir. YARAT müxtəlif sərgi, ictimai və təhsil proqramları, sənətkarlıq rezidenturası, xüsusi seminarlar və ustad dərsləri vasitəsilə yerli və beynəlxalq bədii düşüncələr mübadiləsini asanlaşdırır. İnanırıq ki, Creative Spark layihəsi gənclərimizin Böyük Britaniyanın yaradıcı sənayəsi ilə yaxından tanış olmasına və onların hədəflərinin gələcəkdə reallaşdırılması üçün praktiki bilgilər qazanmasına şərait yaradacaqdır. "
Suad Qarayeva - Maleki - YARAT Müasir İncəsənət Mərkaninin bədii rəhbəri 

London İncəsənət Universiteti:
“London İncəsənət Universiteti layihənin daha geniş mədəni əlaqələr qurmaq, tələbə və məzunların yaradıcılıq və sahibkarlıq qabiliyyətlərinin inkişafına yönəlmiş öhdəlik məsuliyyətini yüksək qiymətləndirir. Biz xüsusilə tələbələrimizin mobil hərəkətliliyini təmin etməkdə yardımçı olmağa maraqlıyıq və layihəni daha da irəliyə apararaq, Azərbaycanla yeni, davamlı və uzunmüddətli tərəfdaşlıq quracağımıza ümid edirik”.

İNTERNET RESURS
Yüklənir